Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Rusiya və
Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Elmar
Məmmədyarov və Edvard Nalbandyan rusiyalı həmkarları Serqey Lavrovun
vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
Qeyd edək ki, bu görüş iyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyır.
Xatırladaq ki, ötən həftə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakı və İrəvanda
danışıqlar aparıblar.