Головна » 2011 » İyun » 11 » Bu gün Moskvada Qarabağ müzakirə ediləcək
11:39
Bu gün Moskvada Qarabağ müzakirə ediləcək


Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Elmar Məmmədyarov və Edvard Nalbandyan rusiyalı həmkarları Serqey Lavrovun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Qeyd edək ki, bu görüş iyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyır.

Xatırladaq ki, ötən həftə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakı və İrəvanda danışıqlar aparıblar.
Переглядів: 471 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]