Melikyan amnistiyaya düşüb
Ermənistanda kriminal aləmdə "Oşakansi Qevorik” ləqəbi ilə tanınan
"qanuni oğru” Qevorq Melikyan birbaşa məhkəmə zalından azadlığa
buraxılıb. ANS PRESS-in "Jamanak” qəzetinə istinadən verdiyi xəbərə
görə, bağlı qapılar arxasında keçirilən məhkəmə iclası zamanı hakim
Armen Bektaşyan Melikyana amnistiya qərarı şamil edərək onu zaldan
azadlığa buraxıb.
Qeyd edək ki, Qevork Melikyan cari ilin aprel ayının 12-si narkotik
maddələrin saxlanması və onlardan istifadədə şübhəli bilinərək
saxlanılıb.