Головна » 2011 » İyun » 25 » “Erməni burnu”ndan azad olmağın qiyməti"
19:25
“Erməni burnu”ndan azad olmağın qiyməti"


Erməni qızlarının əksəriyyəti plastik cərrahlara üz tuturlar

İl-ildən Ermənistanda plastik cərrahiyyə əməliyyatları etdirmək istəyənlərin sayı artır.Ermənistan mətbuatının verdiyi məlumata görə, plastik əməliyyat etdirmək arzusunda olanların çoxu "erməni burun”larına "düzəliş” edirlər. Maraqlı məqam ondan ibarətdir ki, Ermənistanda təkcə qadınlar deyil, eləcə də kişilər plastik cərrahlara müraciət edirlər.

Erməni cərrahların məlumatına görə, kişilər əsasən burun və qarınlarını əməliyyat etdirməyə üstünlük verirlər. Bundan başqa, erməni kişilərin "yaralı yerləri”ndən biri də keçəlləşmə ilə bağlıdır. Erməni kişilərdən plastik cərrahlara müraciət edənlərin bəziləri də başına tük əkdirmək məqsədilə bu addımı atırlar.

Erməni qızlarının əksəriyyəti isə burunları ilə yanaşı sinələrində və əndamlarında plastik cərrahiyyə əməliyyatı etdirmək üçün cərrahlara üz tuturlar. Erməni plastik cərrahlarından birinin sözlərinə görə, erməni qızlardan ona müraciət edənlərin çoxu Pamela Andersonun sinəsi kimi sinə və Cennifer Lopesin əndamı kimi əndam arzusu ilə alışıb-yanırlar.

Qeyd edək ki, İrəvanda "erməni burnu”ndan xilas olmağın qiyməti 650 dollardır. Qızların sinəsində əməliyyat aparılması isə 1060 dollara başa gəlir. Belə getsə, ermənilər onları dünyaya tanıdan "erməni burnu”ndan məhrum olacaqlar.
Переглядів: 454 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]