Головна » 2011 » İyun » 04


Cənubi Afrikada geceqondulardan ibarət qəsəbədə pişik böyüklükdə olan siçovullar 2 uşağa hücum çəkib və onları parçalayaraq yeyiblər.

"lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, bu siçovulların dişlərinin uzunluğu 3 santimetrə, bədənlərinin uzunluğu 1 metrə çatır.

Qatil siçovul 3 yaşlı Lunati Duadvaya yatan zaman hücum çəkiblər. Siçovul qızın gözünü çıxarıb. Bədbəxt ana ölmüş qızını tapan zaman onun gözləri artıq qalmayıbmış. Qəsəbənin digər tərəfindən də mutant-siçovullar başqa bir uşağa hücum çəkiblər. Bu zaman uşağın anası dostları ilə şənlənirmiş və siçovullar uşağı öldürüblər. Oğlan uşağının anası uşaqlarına qarşı səhlənkar davranışına görə həbs olunub.

Baxılıb: 552 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 04.06.2011 | Müzakirələr (2)



E.Sabiroğlu: "Aşağı təbəqədən tutmuş korpuslara qədər hərbi təlimlər keçirilir"

"Azərbaycan Silahlı Qüvvələri ermənilərin cəbhə xəttində etdiyi hər həmləyə ikiqat cavab verir". Bunu təmas xəttində keçirdiyi mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

E. Sabiroğlu bu gün Silahlı Qüvvələrimizin bölgədə ən güclü orduya çevrildiyini, Ermənistan silahlı qüvvələrinin isə sürətlə tənəzzülə uğradığını bildirib. Onun sözlərinə görə, bunu könüllü şəkildə Azərbaycan tərəfinə keçən Ermənistan ordusunun əsgərləri də bəyan ediblər.

"Onların ilk sözü bu olub ki, "ya əsgərlər ya da komandirlər tərəfindən incidilmişik. Ya da işgəncə verilib ki, biz də Azərbaycan tərəfinə təslim olmuşuq. Bir də aclıq, yemək üzündən". Bəzi əsgərlər deyir ki, ... Ardı»
Baxılıb: 519 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 04.06.2011 | Müzakirələr (0)