Müasir texnika okean və dənizlərdə yaşayan istənilən canlını insanların yaxından görməsinə imkan yaradır. Bunun ən bariz nümunəsi dünyadakı nəhəng akvariumlardır. Bu yüksəktexnologiyalı akvariumlar ziyarətçilərə nəinki dəniz canlılarını yaxından izləmək, hətta insana özünü onlardan biri kimi hiss etməsinə imkan verir.
1.Dubaydakı ticarət-əyləncə mərkəzindəki akvarium.
Burada 33 min müxtəlif dəniz canlısı yaşayır. Akvariumun həcmi 10 mln litr, hündürlüyü isə 3 mərtəbəli binaya bərabərdir.
Buraya gələnlər tuneldə gəzməklə ətrafdakı mənzərədən zövq ala bilərlər.