Головна » 2011 » Oktyabr » 14 » Dünyanın ən maraqlı akvariumları
19:58
Dünyanın ən maraqlı akvariumları
Müasir texnika okean və dənizlərdə yaşayan istənilən canlını insanların yaxından görməsinə imkan yaradır. Bunun ən bariz nümunəsi dünyadakı nəhəng akvariumlardır. Bu yüksəktexnologiyalı akvariumlar ziyarətçilərə nəinki dəniz canlılarını yaxından izləmək, hətta insana özünü onlardan biri kimi hiss etməsinə imkan verir.

1.Dubaydakı ticarət-əyləncə mərkəzindəki akvarium. 
Burada 33 min müxtəlif dəniz canlısı yaşayır. Akvariumun həcmi 10 mln litr, hündürlüyü isə 3 mərtəbəli binaya bərabərdir. 

Buraya gələnlər tuneldə gəzməklə ətrafdakı mənzərədən zövq ala bilərlər. 


2.Corciniya akvariumu (Atlanta,ABŞ)
Bu akavarium dünyanın ən böyük akvariumudur. Onun içərisində 100 000 dən çox ekzotik su canlısı yaşayır. 

3."Okinawa Churaumi" akvariumu (Okinava, Yaponiya)
Böyüklüyünə görə, dünyada ikinci akvarium hesab edilir. Həcmi 7500 kub metr olan akvariumda balina, skat (sivri quyruqlu, yastı bədənli iri yırtıcı balıq) da daxil olmaqla yüzlərlə növdə balıq var. 
4."AQWA"(Hillaris,Avstraliya) 
Sualtı aləmin ən maraqlı heyvanlarının yaşadığı akvariumlardan biridir. Burada 400-dən artıq növdə müxtəlif formalı balıq və su canlısı yaşayır. 

5."Ushaka Marine World" (Cənubi Afrika)
Afrikanın ən böyük akvariumudur. Dünyada böyüklüyünə görə, 5-ci yeri tutur. Hind okeanının dərinliyində yaşayan canlıları görmək üçün əla imkan yaradır. 

6. "AquaDom" (Berlin, Almaniya)
Bu akvarium öz formasına görə fərqlənir. Belə ki, silindir formalı nəhəng akvarium paytaxtdakı otellərdən birinin içərisindədir. Orada 56 müxtəlif növə məxsus olan 2500-dən artıq balıq var. Hündürlüyü 25 metrdir. Akvariumun mərkəzindən keçən lift vasitəsilə ondan daha yaxından zövq almaq olar. 
7. Virtual akvarium (Pekin, Çin)
İki ticarət mərkəzinin arasında 25 metr hündürlükdə yerləşib. O, çox sayda parlaq, işıq saçan ekrandan ibarətdir. Layihənin dəyəri 32 mln dollardır. 
Переглядів: 485 | Додав: NicatKNN | Рейтинг: 5.0/1
Всього коментарів: 1
1 aynur  
0
qewehdi g10

Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]