Səkkiz-on min qafqazlı ötən şənbə Manej meydanında baş verən qarşıdurmalara etiraz əlaməti olaraq bu həftə Moskva küçələrinə çıxmağa hazırdır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskva Həmyerli Tələbələr İttifaqının sədr müavini Azamat Mintsayev belə bir xəbərdarlıqla çıxış edib.