11:50 Qafqazlılar Moskvada qarşısıalınmaz aksiyaya hazırlaşır? |
Səkkiz-on min qafqazlı ötən şənbə Manej meydanında baş verən qarşıdurmalara etiraz əlaməti olaraq bu həftə Moskva küçələrinə çıxmağa hazırdır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskva Həmyerli Tələbələr İttifaqının sədr müavini Azamat Mintsayev belə bir xəbərdarlıqla çıxış edib. "Rəsmi mitinqə icazə verilməsə, bu, qarşısıalınmaz etiraz aksiyası olacaq. Qafqazlılar cana gəlib”, - deyə Rusiya Federasiyası İctimai Palatada keçirilən dinləmələr zamanı elan olunub. İctimai Palatada çıxış edən Mintsayev şimali qafqazlıların "VKontakte” sosial şəbəkəsində Manejdə baş verən hadisələrdən dərhal sonra cavab etiraz aksiya keçirmək barədə razılığa gəldikləri barədə yayılan məlumatları da şərh edib. O, bu informasiyaları təxribat adlandırıb. Bu məlumatlara görə, toplanış Kiyev vağzalı qarşısındakı "Avropa” ticarət mərkəzi yaxınlığına təyin edilib. Mintsyayev bildirib ki, ora camaatı qafqazlılar yığmır. Onu bu məsələdə Qafqaz xalqları Rusiya Konqresinin gənclərlə iş üzrə Komitəsinin rəhbəri Sultan Toqonidze də dəstəkləyib. O bildirib ki, Qafqaz gəncləri bütün diaspor nümayəndələrinin iştirakı ilə rəsmi mitinqə çıxmaq niyyətindədir. "Əgər rəsmi mitinq təşkil olunmasa, Qafqaz gəncləri "Avropa”nın qarşısına gəlmək məcburiyyətində qalacaqlar”, - deyə o bildirib. Bu ərəfədə Moskva Daxili İşlər Baş İdarəsi (DİBİ) 15 dekabrda azarkeşlərin Kiyev vağzalı qarşısında aksiya keçirməyə hazırlaşması barədə yayılan məlumatları təkzib edib. DİBİ-nin rəsmi nümayəndəsi Viktor Biryukov bildirib ki, İnternetdə azarkeşlərin yenidən qarışıqlıq yaratmağa hazırlaşamaları barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. |
|
Всього коментарів: 0 | |