5 yaşlı "Bu" oyuncağa bənzəyir

Sosial şəbəkələrdə dünyada ən çox sevilən itin fotoları peyda olub. Belə ki, "Facebook" sosial şəbəkəsində 5 yaşlı şpis (dikqulaqlı, qalıntüklü it cinsi) cinsli "Bu" (Boo) adlı itin heyranlarının sayı 2 milyona yaxındır. İtin belə məşhurlaşmasına səbəb isə Kardaşyan bacılarından birinin onun fotosunu öz bloqunda yerləşdirməsi olub.

Dünyanın ən sevimli iti oyuncağa bənzəyir. İndi itin sahibi Bu haqqında olan "Bu: dünyanın ən sevimli iti necə yaşayır" kitabının reklamı ilə məşğuldur.


Baxılıb: 511 | Əlavə etdi: KNPS | Əlavə olunma tarixi: 26.09.2011 | Müzakirələr (0)



"Associated News”: " Bekhem maşını ağaca vurub və nəticədə dünyasını dəyişib”"

Zaman-zaman məşhur adamların yalandan ölüm xəbərini yayan ABŞ-ın "Associated News” nəşri, bu dəfə "Los-Anceles Qalaksi”nin ingilis futbolçusu 36 yaşlı Devid Bekhemın yol qəzasında öldüyünə dair xəbər verib. Məlumata görə, sayt yazır ki, Bekhem dostu ilə birlikdə yol qəzasında həlak olub.

"Dostunun avtomobilini idarə edən məşhur futbolçu maşını sürət həddinin 90 km/saat olduğu prospektdə 150 km/saat sürətlə sürüb. Devid Bekhem idarəetməni itirdiyindən maşını ağaca vurub. Nəticədə məşhur futbolçu dünyasını dəyişib”, - deyə nəşr yazıb.

Bu xəbəri futbolçunun fanatlarını şoka salıb. Lakin sonradan ölüm xəbərinin yalan olduğu ortaya çıxıb. Çox keçmədən Devid Bekhemin həmin dəqiqələrdə Alajuelense komandası i ... Ardı»
Baxılıb: 407 | Əlavə etdi: KNPS | Əlavə olunma tarixi: 25.09.2011 | Müzakirələr (0)



Diana Nayad adlı üzgüçü 60 saat dayanmadan üzməli olacaq

Amerikalı üzgüçü Diana Nayad dənizlə Kuba və Florida arasındakı məsafəni qət etməyə 2-ci dəfə cəhd edəcək. 62 yaşlı qadın Kubanın paytaxtı Havanadan 165-kilometrlik, 60-saatlıq səfərə yollanıb. Üzgüçü 1979-cu ildə elə özünün qeydə aldığı rekordu təzələməyə çalışır. Həmin vaxt Diana Nayad Baham adalarından Floridaya üzmüşdü. Üzgüçü hazırda həmin səyahətdəkindən daha yaxşı formada olduğunu deyir.

Üzgüçüyə köpək balıqlarını uzaq tutacaq, elektrik cərəyanı ilə təchiz edilmiş xüsusi aparat bağlanacaq. Diana Nayadı qayıqla müşayiət edən köməkçilərə isə ona yemək, dərman yaxud yeni çimərlik paltarı vermək qadağan olunub.

Qeyd edək ki, yaşlı üzgüçü avqustun 9-da Kuba-Florida dəniz səyahətini reallaşdırmağa çalışsa da, astma tutması s ... Ardı»
Baxılıb: 453 | Əlavə etdi: KNPS | Əlavə olunma tarixi: 25.09.2011 | Müzakirələr (0)



Xoruz görənləri heyrətə salır

Sabirabad rayonunun Məmişlər kəndində dördayaqlı xoruz görənləri heyrətə salır. Uzun müddətli təsərrüfat həyatında ilk dəfə belə bir halla rastlaşdığını söyləyən kənd sakini Gülnaz Cabbarova bunu Allahın bir möcüzəsi kimi qəbul edir və bu barədə özünü şanslı sayır.

Gülnaz Cabbarovanın bildirdiyinə görə, eyni vaxtda yumurtalardan çıxan 20 cücədən yalnız dördayaqlı xoruz sağ qalıb. Bu hamının marağına səbəb olub. Artıq 3 aylıq olan ev quşu iştahla yeyir, içir və gümrah şəkildə hərəkət edir.
Baxılıb: 484 | Əlavə etdi: KNPS | Əlavə olunma tarixi: 25.09.2011 | Müzakirələr (1)


Onun içərisinə ancaq zebra balıqları yerləşir

Rusiyada dünyanın ən kiçik akvariumu hazırlanıb. Anatoli Konenko adlı aktyor tərəfindən hazırlanan akvarium o qədər kiçikdir ki, onun içərisinə ancaq zebra balıqları yerləşir. Qabın içərisi ancaq bir neçə çay qaşığı su ilə dolur. Şüşədən hazırlanan qabın boyu 14 mm-dir.

Qeyd edək ki, rus aktyorun mikro ölçüdə olan onlarla əl işi var. 1996-cı ildə o, "ən kiçik kitab" əsəri ilə Ginnesin rekordlar kitabına düşmüşdü.


Baxılıb: 461 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 22.09.2011 | Müzakirələr (2)


Gərgin iş mövsümündə özümüzü qoruyaq

Yay-istirahət mövsümü bitdi. Artıq gərgin və ağır iş vaxtıdır. Gərgin iş, təhsil özü ilə birlikdə stress də gətirir. Bəs stressdən necə qorunaq? Stressdən qorunmaq üçün qidanın böyük rolu var. İngilis qidalanma mütəxəssisi Amanda Ursell stressi azaltmaq üçün müəyyən qidaları məsləhət görüb.

1. Proteinlə zəngin olan qırmızı ət, balıq, yumurta, toyuq, süd məhsulları, yulaf, makaron, meyvə-tərəvəz enerjinin yavaş-yavaş yayılmasını təmin edir və iştahı azaldır.

2.Qırmızı ət, yağlı balıq, fıstıq, yaşıl tərəvəzlər dəmir əksikliyindən qaynaqlanan yorğunluq hissini, diqqət dağılmasının qarşısını alır.

3. Həddindən çox kofein qəbulu stress səviyyəsini qaldırır. Xüsusilə gecə saatlarında qəbul edilən çox kofein nəbz və təzyiqi artırır, sinir siste ... Ardı»
Baxılıb: 446 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 22.09.2011 | Müzakirələr (1)

« 1 2 ... 9 10 11 12 13 ... 22 23 »