Головна » 2011 » Noyabr » 3 » Xarabalıqdan Çıxmış Milyoncu Filmi həqiqət oldu
04:16
Xarabalıqdan Çıxmış Milyoncu Filmi həqiqət oldu

Hindistanlı Suşil Kumar "Milyonçu Şou”da 1 milyon qazandı

Hindistanın Bihar əyaləti sakini Suşil Kumar "Milyonçu Şou” müsabiqəsində bütün suallara düzgün cavab verərək 1 milyon dollar mükafat qazanıb. Kompüter mühəndisi olan və aylıq 150 dollar maaşla işləyən 27 yaşlı Suşli eyni zamanda bu şouda 1 milyon qazanan ilk hindistanlı olub. Sudhir Kumar qardaşı Suşiln mütəmadi olaraq BBC radiosunun hindcə buraxılışına qulaq asdığını, onun bu qələbəsinə təəccüblənmədiyini deyib. Suşil Kumar isə sevincini, "Yuxuda görsəm inanmazdım” sözləri ilə ifadə edib. 

Suşil Kumarın bu qələbəsi ''Slumdog Millionaire'' filmi ilə müqayisə olunur. Qeyd edək ki, bu film Hindistanın yoxsul məhəlləsində yaşayan bir oğlanın televiziya müsabiqəsində ən böyük mükafatı qazanmasından bəhs edir. Film 2009-cu ildə 8 nominasiya üzrə "Oskar” mükafatına layiq görülüb. 

Xatırladaq ki, Hindistanda ''Kaun Banega Krorepati'' adlı televiziya müsabiqəsinin aparıcısı Bollivudun məşhur ulduzlarından olan Amitabx Baççandır.

Переглядів: 2509 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]