Головна » 2011 » Avqust » 22 » Neftçalada su pərisi tapılıb? (VİDEO Xəbər)
17:08
Neftçalada su pərisi tapılıb? (VİDEO Xəbər)

Bəzi KİV-lərin yaydığı xəbərin dəqiqliyini yerindəcə araşdırılıb.

Bu gün Azərbaycanın bəzi kütləvi informasiya vasitələri Neftçala rayonunun Qoltuqlu kəndində bir balıqçının toruna su pərisinin – mifoloji su vücudunun düşməsi barədə video məlumat yayıb. Adətən obrazı "Min gir gecə” nağıllarında təsvir olunan balıq və ya delfin quyruqlu qızın tora düşməsi xəbərinə inanmasaq da, məlumatı dəqiqləşdirməyi peşə borcumuz bilib rəsmi mövqe öyrənməyə çalışdıq. ANS PRESS-in bölgə müxbirinin yerli icra hakimiyyəti orqanlarına istinadən verdiyi məlumata görə, xəbər tamamilə əsassızdır. İcra nümayəndəliyindən bildiriblər ki, onlar kənddəki bütün balıqçıları şəxsən tanıyırlar, onlarla əlaqə saxlanılıb və xəbər təsdiqini tapmayıb. 

Xatırladaq ki, bəzi informasiya vasitələri bununla bağlı hətta video fayl yerləşdiriblər. Orada təsvir olunan su pərisi nağıllarda təsvir olunandan uzaq olmaqla yanaşı, eyni zamanda onun tapıldığı yerin Neftçala və yaxud Konqo olduğu da bilinmir. Kim qarantiya verə bilər ki, ora Azərbaycanın rayonudur? Digər qaranlıq məqam isə odur ki, əgər bu video Neftçalada çəkilibsə, niyə su pərisini tutan balıqçı hadisə barədə danışmayıb?
Переглядів: 493 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]