Головна » 2011 » Oktyabr » 26 » Ən varlı ölü
19:33
Ən varlı ölü
"Forbes" yeni maraqlı siyahısını tərtib edib

Dünyanın ən varlı ölüləri müəyyən edilib. Xarici mətbuatın verdiyi məlumata görə, ən məşhur və varlı ölülərin siyahını "Forbes" jurnalı tərtib edib. Artıq ikinci dəfədir ki, siyahıya mərhum pop-kral Maykl Cekson başçılıq edir. Onun ölümündən sonrakı qazancı 170 milyon dollar olub. 
İkinci pillədə rokin roll kralı Elvis Pressli dayanıb. Onun səs yazıları ölümündən sonra varislərinə 55 milyon dollar qazandırıb. İlk üçlüyü Merlin Monro qapayır. Onun qazancı 27 milyon dollar təşkil edib. 
Siyahıya həmçinin "The Beatles"in iki mərhum üzvü də daxil olub. Bunlar 12 milyon dollarla Con Lennon və 6 milyonla Corc Harisondur. Siyahıya daxil olan yeni mərhumlardan biri də 2011-ci ilin mart ayında dünyasını dəyişən Elizabet Teylordur. O, Lennonla eyni yeri bölüşdürür. 
Qeyd edək ki, "Forbes" ilin ən varlı mərhumları siyahısını Hellouin bayramı ərəfəsində tərtib edir.

Переглядів: 609 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]