22:20 Kurtlar Vadisindən şikayət var |
Teleserialda kürdlərə qarşı nifrət və düşmənçilik təbliğ edildiyi iddia olunur PKK terror təşkilatının siyasi qanadı sayılan BDP sədri Selahattin Demirtaş Türkiyə telekanallarında efirə gedən 4 teleserialla bağlı Türkiyə Radio və Televiziya Ali Qurumuna (RTÜK) şikayət edib. Lux.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Selahattin Demirtaşın şikayətçi olduğu teleseriallar sırasında özəl telekanallarda yayımlanan Qurdlar Vadisi-Pusu,Tək Türkiyə,Ölümsüz qəhrəmanlar və TRT-də yayımlanan Sakarya Fırat teleserialı var. BDP sədri bildirib ki, bu teleseriallar kürdlərə nifrəti, düşmənçiliyi təbliğ edir və qardaşlıq mədəniyyətinə zərər verir. Özü kimi digər vətəndaşların da RTÜK-ə şikayət etməsini istəyən Selahattin Demirtaş iddia edib ki, bu teleseriallara baxanlar qarşılarına çıxan ilk kürd əsilli insana hücum çəkə bilərlər. |
|
Всього коментарів: 0 | |