Головна » 2011 » Oktyabr » 5 » Dünyanın ən uzun insanı uzanır
14:12
Dünyanın ən uzun insanı uzanır

Türkiyəli Sultan Kösənin boyu 5 metrə çata bilər

Dünyanın ən uzunboylu insanı kimi "Ginnesin rekordları” kitabına düşən türkiyəli Sultan Kösənin boyu uzanmaqda davam edir. ANS PRESS-in türk mətbuatına istinadla verdiyi məlumata görə, Kösənin boyu 4 sm daha uzanaraq 2 metr 51 sm-ə çatıb. S.Kösənin boyunun uzanmasına səbəb isə dünyada nadir rast gəlinən xəstəlikdir.

Kösənin sözlərinə görə, ABŞ-da müalicə alandan sonra bir müddət boyunun uzanması dayanıb. Ancaq müalicənin dayandırılması onun boyunun 5 metri keçməsi ilə nəticələnə bilər. "Dünyanın 3 rekordunu mən Türkiyəyə gətirdim. Bu ən böyük əl, ən böyük ayaq və ən hündür boy rekordlarıdır" deyən türk ölkəsini təmsil etməkdən qürur duyduğunu bildirib.

Qeyd edək ki, bir müddət öncə ayağının zədələnməsi Kösənin həyatını dəyişdirib. Belə ki, bununla bağlı əməliyyat edilən dünyanın ən uzun insanı ona gələn təklifləri dəyərləndirə bilməyib. "Daha öncə öz həyatımdan bəhs edən filmdə çəkildim. O vaxt mənə Hollivuddan təklif gəlmişdi. Ancaq ayağım sındığı üçün başqa bir aktyora rolu verdilər".
Переглядів: 424 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]