Головна » 2011 » Avqust » 25 » Dünyanın ən nüfuzlu qadınları kimlərdir? - REYTİNQ
12:27
Dünyanın ən nüfuzlu qadınları kimlərdir? - REYTİNQ

Lider mövqeyində dəyişiklik var.

CNN-ə istinadən bildirilir ki, nüfuzlu "Forbes" jurnalı ənənəvi "Dünyanın ən nüfuzlu qadınları" reytinqini dərc edib.

Almaniya kansleri Angela Merkel kiçik fasilədən sonra reytinqin lideri mövqeyinə qayıdıb. O, dünyanın ən nüfuzlu qadınları arasında Almaniyanın yeganə təmsilçisidir. Ötən il reytinqdə liderliyi ABŞ prezidentinin xanımı Mişel Obamaya "verən" Merkel ona qədər 4 il dalbadal reytinqə liderlik etmişdi.Reytinqdə ikinci yerdə ABŞ-ın dövlət katibi Hillari Klinton, üçüncü yerdə isə Braziliyanın tarixində ilk qadın prezidenti Dilma Rusefdir.4 və 5-ci yerləri iş xanımları tuturlar. "PepsiCo"nun rəhbəri İndra Nuyi 4-cü, "Facebook"un əməliyyat direktoru Şerild Sandberq isə 5-ci pillədədir.Dünyanın ən zəngin adamı Bill Geytsin xanımı, "Bill & Melinda Gates Foundation" fondunun həmtəsisçisi Melinda Geyts isə 6-cı yerdə bərqərar olub.47 yaşlı Mişel Obama 8-ci, Sonya Qandi isə 7-ci yerdədir. Obamadan sonra Beynəlxalq Valyuta Fondunun yeni icraçı direktoru Kristin Laqard gəlir.Reytinqin ilk onluğunda sonuncu yerdə "Kraft Foods"un baş meneceri Ayren Rozenfelddir.Reytinqdə 65 amerikalı, 3 çinli və 3 hindli var.Xanımların 49 nəfəri iş adamıdırsa, 10 xanım mediada, 20 xanım isə siyasətdə fəaliyyət göstərir.Reytinq iştirakçıları arasında ən gənci 25 yaşlı müğənni Ledi Qaqadır. Ən yaşlı "iştirakçı" isə Britaniya kraliçası II Yelizavetadır.
Переглядів: 454 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]