12:01 Dünyanın 7 milyardıncı sakini |
Filllipin və Rusiyada iki körpə bu ada iddialıdır 31.10.2011-il tarixdə dünyanın 7 milyardıncı insanı doğulub. Körpə gecə saat 00:02
radələrində Rusiyanın Kalininqrad şəhərində doğulub. Körpənin doğum
tarixi BMT-nin müşahidəçiləri tərəfindən qeydə alınıb. 7-milyardıncı insanın adı Petyadır. Onun 50 sm boyu, 3 kq 60 qram çəkisi var. Məlumata görə, valideynlər xatirə üçün "7 milyardıncı insanın doğulması haqqında" sertifikat alacaq. Ancaq 31.10.2011-il tarixdə gecə doğulan daha bir körpə bu ada iddialıdır. Belə ki, Fillipində doğulan Danika May Kamaçonun da dünyaya gəlişində BMT müşahidəçiləri olublar. Qeyd edək ki, 7 milyard rəqəmi simvolik xarakter daşıyır. Çünki məhz oktyabrın 31-də doğulan hansı körpənin bu ada layiq görüləcəyini müəyyən etmək qeyri mümkündür. |
|
Всього коментарів: 0 | |