Головна » 2011 » Avqust » 30 » Dünya müsəlmanları Ramazan bayramını qeyd edir
15:57
Dünya müsəlmanları Ramazan bayramını qeyd edir
Minlərlə müsəlman məscidlərə axışıb

İndoneziyalı müsəlmanlar Ramazan bayramını qeyd ediblər. İndoneziyada ikinci ən böyük müsəlman icması sayılan Məhəmmədiyədən olan on minlərlə insan paytaxt Cakartadakı məscidlərə üz tutublar və bayram dualarını ediblər. İndoneziya hökuməti Ramazan bayramını avqustun 31-nə təyin etsə də, Məhəmmədiyə icması həmişə bunu bir gün əvvəl qeyd edir.

Türkiyə prezidenti Abdullah Gül isə bayram namazını Kocatəpə məscidində vətəndaşlarla birlikdə qılıb. Abdullah Gül bu günlərin vətəndaşlar arasında sevginin və mehribanlığın daha da güclənməsini tərənnüm etdiyini bildirib və hər kəsə can sağlığı arzulayıb. 

Bişkekdə bayram namazında iştirak edən Qırğızıstan müftisi Çubak Hac Cəlilov və baş naziri Almazbek Atambayev də xalqı və dünya müsəlmanlarını təbrik ediblər. Onlar ölkənin hər zaman sülh içində yaşamasının vacibliyini qeyd ediblər. 

Ramazan bayramını qeyd edən kosovalı müsəlmanlar da bayram namazı üçün məscidlərə axışıblar. Paytaxt Priştinada məscidlərdə yer qalmadığından ibadətə gələnlər bayram namazını məscidlərin qarşısında nəqliyyatın hərəkətinə bağlanan yollarda qılıblar. Daha sonra Kosova müftisi Naim Ternava bayram çıxışında birlik və bərabərliyin güclənməsi, kin və nifrət hissindən uzaq durmağın vacibliyindən danışıb.

Moskva məscidlərinə isə 50 minədək müsəlman toplaşıb. Bayram namazına başçılıq edən Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin səadət və əminamanlıq, dinclik və firavanlıq arzu edib.

Переглядів: 447 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]