Головна » 2011 » Avqust » 25 » Bu gün Ramil Səfərovun doğum günüdür
12:54
Bu gün Ramil Səfərovun doğum günüdür

Ramil Səfərov artıq 7 ildən çoxdur ki, azadlıqdan məhrum edilib.

Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda erməni zabiti qətlə yetirən Milli Ordumuzun zabiti Ramil Səfərovun doğum günüdür. Bu gün onun 34 yaşı tamam olur.

Ramil Səfərov artıq 7 ildən çoxdur ki, azadlıqdan məhrum edilib.

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında müdafiə nazirinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib.

Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər müdafiə nazirinin sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib.

2002-ci ilin mart ayında müdafiə nazirinin sərəncamı ilə Heydər Əliyev adına Ali Hərbi Komandirlər Məktəbinə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında müdafiə nazirinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabiti qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Ramil Səfərovun doğulduğu Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni qəsbkarları tərəfindən işğal edilib.

Ramil Səfərov həbsdə olduğu müddətdə tanınmış macar yazıçısı Maqda Sabonun "Qapı" romanını macarcadan Azərbaycan dilinə tərcümə edib.
Переглядів: 484 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]