03:30 Boyali sifet qadina inami azaldir? |
Amma bu gözəl, həm də ağıllı xanımlar makiyajdan istifadə edəndə, üzlərini boyayanda ifrata da varırlar. Alimlər isə deyirlər ki, makiyajdan ağılla istifadə etməyən qadınlara inam azalır. Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, "Procter & Gamble" korporasiyasının maliyyələşdirdiyi araşdırma zamanı "Massachusetts General Hospital", Harvard Tibb Məktəbi, Doston Universiteti və Dana-Farber Xərçəng Xəstəlikləri İnstitutunun birgə apardıqları araşdırma zamanı parlaq, ifrat makiyajın qadına inamı azaltdığı aşkarlanıb. Normal dekorativ kosmetika isə işləyən qadınların karyera inkişafına təkan verir. Eksperiment zamanı könüllülərə makiyajsız, az makiyajlı və ifrat makiyajlı qadınlara baxaraq, onları cazibədarlıq, intellekt səviyyəsi və etimad sarıdan dəyərləndirmək təklif olunub. Nəticələrə görə, qadının üzündə makiyaj nə qədər az olarsa, ona inam bir o qədərçoxalır. Psixoloqların fikrincə, minimal makiyaj başqalarından fərqlənmək istəməyən qadınların seçimidir. Dekorativ kosmetikanı heç sevməyən xanımlar isə bir qayda olaraq qadınlıqlarından qaçırlar. |
|
Всього коментарів: 0 | |