12:50 Artıq çəki kişilər üçün daha təhlükəlidir |
Artıq çəkili kişilərin diabet olma riski yüksəkdir Artıq çəki qadınlardan çox kişilər üçün təhlükədir. Belə ki, kişilərdə aşağı bədən indeksi zamanı belə diabet daha tez inkişaf edir. Kişilərə ikinci növ diabetə yoluxmaq üçün qadınlar kimi çox kökəlmək lazım deyil. Bu kəşfi Qlazqo Universitetinin alimləri ediblər. Universitetin mütəxəssisləri ikinci tip diabetdən əziyyət çəkən 51920 kişi və 43137 qadının məlumatları əsasında araşdırmalar aparıblar. Bəlli olub ki, kişilərdə bu xəstəlik bədən indeksi 31,83, qadınlarda isə 33,69-dan çox olmayanda özünü biruzə verib. Qeyd edək ki, diabet endokriniya sisteminin ən geniş yayılmış xəstəliklərindən biridir. O, qanda şəkərin miqdarı normadan çox qalxanda yaranır. Bu zaman qanda şəkəri tənzimləyən insulinin miqdarı azalır. Bəzən mədəaltıvəz insulini ya az ifraz edir, ya da ümumiyyətlə etmir. Bu, diabetin 1-ci növüdür. Bu gün bu xəstəliyin yeganə müalicəsi insulin inyeksiyasıdır. İkinci tip diabetdə isə mədəaltı vəz insulin ifraz edir. Ancaq o, kifayət qədər olmur və orqanizm bu hormondan düzgün istifadə etmir. Bu halda qlükoza hüceyrələrə düşə bilmir. Bu xəstəlik adətən artıq çəkidən əziyyət çəkən insanlarda müəyyən yaşdan sonra yarana bilər. İkinci tip diabet bir sıra ciddi xəstəliklərə yol aça bilər. |
|
Всього коментарів: 0 | |