Головна » 2011 » Noyabr » 16 » Apokalipsis gecikir?
23:13
Apokalipsis gecikir?

Bəşəriyyət rahat yata bilər.

Çünki hindu təqviminə və ekoloqların qorxunc proqnozlarına baxmayaraq, apokalipsis baş verməyəcək. Ən azı, 2012-ci ildə.

Moskvada keçirilən "İqlim dəyişiklərinə uyğunlaşmanın problemləri" beynəlxalq konfransının plenar iclası zamanı gələcək barədə nikbin fikirlər səslənib. Ekologiya sahəsində çalışan ekspertlərin sözlərinə görə, dəhşətli əhval-ruhiyyəni bir müddət kənara qoymaq olar.

Konfrans RF hökumətinin tapşırığı ilə Rusiya Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Federal Xidməti tərəfindən Rusiya Elmlər Akademiyasının, federal icra hakimiyyəti orqanlarının, ictimai təşkilatların iştirakı, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT), BMT-nin iqlim dəyişikləri üzrə Çərçivə Konvensiyasının, YUNESKO-nun və digər beynəlxalq institutların dəstəyi ilə keçirilir. Təşkilat Komitəsinə Rusiya Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Federal Xidmətinin rəhbəri Aleksandr Frolov başçılıq edir.

Aleksandr Frolovun sözlərinə görə, dünyanın axırı barədə peyğəmbərlik edilməsi ilk dəfə deyil və diqqəti problem barədə mücərrəd proqnozlardan dəqiq məlumat əldə etməyə imkan verən tədqiqat mexanizmlərinin inkişafına yönəltmək lazımdır.

"İqlim barədə informasiyalara tələbatla ekoloji elmlərin imkanları arasındakı mövcud uyğunsuzluq iqlim xidmətinin qlobal çərçivə əsaslarının qəbul edilməsi yolu ilə aradan qaldırıla bilər. BMT-nin himayəsi altında iqlim dəyişikliklərinə uyğunlaşmanın sürətləndirilməsi üzrə qlobal təşəbbüsün formalaşması haqqında düşünməyin vaxtı çatıb", - Frolov deyib.

RF Prezidentinin iqlin məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Bedritskinin fikrincə, uyğunlaşma problemi birinci dərəcəlidir. Çünki iqlim dəyişikliklərinə uyğunlaşmağa imkan verən adekvat tədbirlər çoxlu sayda qurbanlardan qaçmağa imkan verir.

Bu fikirləri MDU-nun Meteorologiya və Klimatologiya kafedrasının müdiri Aleksand Kislov da bölüşüb və istiləşmənin ekoloji və iqtisadi nəticələrinin özünü çox gözlətməyəcəyini qeyd edib. Lakin bu, bir və ya iki ildən sonra, eləcə də qarşıdan gələn 2012-ci ildə olmayacaq. "Müxtəlif regionların qlobal iqlim dəyişikliklərinə cavabı çox müxtəlifdir. Hər bir regionda iqlim dəyişikliklərinin səbəb olduğu təbii-ekoloji proseslər hökmranlıq sürür", - o izah edib.

Xatırladaq ki, ötən həftə İqlim dəyişiklikləri üzrə hökumətlərarası ekspertlər qrupunun (İDHEQ) sayca beşinci məruzəsindən sitatların dərc edilməsi ictimaiyyət arasında geniş əks-səda doğurub. Məruzənin özünün yalnız noyabrın 14-17-də Uqandada keçiriləcək konfrans zamanı açıqlanacağına baxmayaraq, kədərli gələcək barədə bəzi məlumatlar artıq indidən məlumdur.

Sənədə görə, bəşəriyyət dağıdıcı yağışlar və güclü quraqlıqla üzləşməli olacaq. Əgər indi fəlakətli leysan yağışları 20 ildən bir baş verirsə, əsrin sonunadək onlar hər beş ildən bir baş verə və dağıdıcı tufanlarla müşahidə oluna bilərlər. Quraqlığa gəldikdə isə onların miqyasının necə olacağı hələ dəqiq müəyyənləşdirilməyib. Hər halda, iqlim zərbəsi o qədər güclü olacaq ki, bir çox regionlar yaşamaq üçün əlverişsiz olacaq və təbii kataklizmlərin ardınca sosial partlayışlar da qaçılmaz olacaq.

Ekspertlər qrupu məruzə tam təqdim olunmayana qədər iqlim fəlakətlərinin nəticələrindən ilk növbədə zərər çəkəcək regionların adlarını açıqlamaqdan qəti şəkildə imtina ediblər.
Переглядів: 521 | Додав: NicatKNN | Рейтинг: 5.0/1
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]