13:42 8 əl-ayaqlı uşaq |
7 yaşlı hindistanlı uşaq əkizinin əli və ayağı ilə birgə doğulub Bir neçə il öncə Hindistanda dünyaya gələn və 8 əl-ayağı olan uşaq üzərində unikal əməliyyat həyata keçirilib. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, Dipak Paşvaan adlı azyaşlı əkizi ilə birlikdə doğulmalı imiş. Ancaq ana bətnində olarkən baş verən problem nəticəsində uşaqlardan birinin inkişafı dayanıb. Dipak isə qardaşının əli və ayağı ilə birlikdə doğulub. Anadan olanda uşaqlardan birinin ətrafları digərinin qarnına yapışmış formada olub. İki nəfərin ətrafları ilə doğulan uşaq hətta Hindistanın müxtəlif yerlərindən gələn zəvvarların da tənzim etdiyi şəxsə çevrilib. Bəziləri isə uşağa cəhənnəmdən gələn bədheybət kimi baxırdılar.
7 yaşlı uşaq üzərində əməliyyat 7 saat davam edib və uğurla nəticələnib. |
|
Всього коментарів: 0 | |