Головна » 2011 » Oktyabr » 18 » 275 metr hündürlükdən yıxılsa da, sağ qaldı (VİDEO Xəbər)
21:18
275 metr hündürlükdən yıxılsa da, sağ qaldı (VİDEO Xəbər)

Qeyri-adi hadisə Amerika Birləşmiş Ştatlarında baş verib.
Amerikalı Kristofer Breyver hündürlüyü 275 metr olan Jorj-Bric körpüsündən yıxılsa, da sağ qalıb. ANS PRESS-in "The Daily Mail”a istinadən verdiyi məlumata görə, qeyri-adi hadisə ABŞ-ın Feyetvil şəhərciyində baş verib. 

Qeyd edək ki, burada ümumdünya körpülər günü münasibətilə beyskampinq (paraşütlə hündürlükdən tullanma ekstremal idman növü-red.) üzrə yarış keçirilirmiş. 400 idmançının mübarizə apardığı yarışa tamaşa etmək üçün 100 min insan yığışıbmış. Kütlənin gözü qarşısında körpüdən tullanan 27 yaşlı Kristoferin paraşütü açılmayıb. Gənc saatda 129 kilometr sürətlə suya çırpılıb. 

Dərhal sudan çılxarılan Kristofer Breyver kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər xəstəyə onurğanın zədələnməsi, beyin silkələnməsi və ağ ciyərlərin zədələnməsi diaqnozunu qoysalar da, onun həyatı üçün təhlükə olmayıb. Ehtimal edilir ki, Kristoferin sağ qalmasına suya enməni zəiflədən vinqsyut (parçadan tikilmiş qanad-kostyum-red.) səbəb olub. 


Переглядів: 481 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]