Головна » Статті » Sevgi |
Son gedəcəyim yer
Sən... Ey sən, aynadakı!.. Dünən də baxmışdınmı aynaya? Fərqindəsənmi, bu gün daha yaşlısan!.. Bu gün daha çirkin, bu gün daha narahat!.. Çünki bir az daha tökülüb saçların, bir az daha büzülüb sifətin! Bir az daha, bir saniyə, bir dəqiqə, bir saat, bir gün daha yaxınlaşmısan düşəcəyin çuxura!.. Harda, harda səccadələr?.. Qiblə hansı istiqamətdə idi bu evdə?.. Nənəm son gəlişində nə tərəfə doğru Namaz qılmışdı?.. Açılmayan rəfimin necə açıldığını unutdum. Və onun içində açılan "Kitab"ın üzümü və içimi necə işıqlandırdığını... İçim... Aahhh, içim yanır. Bu gün bitdi, gecə də gedir... Bir günüm daha bitdi; mən, mən hara gedirəm?.. Günbəgün, saatbasaat, dəqiqəbədəqiqə ölürəm... Gedirəm... Tükənirəm; xəbərim varmı?.. Son tutduğum orucu hansı iqlimdə buraxdım?.. Son qıldığım Namaz hansı səccadəyə dözdü?.. Maraqlanıram; Kəbə hələ gözləyirmi məni?.. Bilmirəm... Bilmirəm.. Amma bundan əminəm: MƏZARIM MƏNİ GÖZLƏYİR!.. | |
Переглядів: 533 | Коментарі: 2 | |
Всього коментарів: 2 | |
| |