Головна » Статті » Sevgi

"Bağışladım səni" söylə
(Paylasaq)
Səninlə 3 il bundan əvvəl tanış olmuşduq. İkimizində 17 yaşı var idi. Düzü sən ürəyimə elə səni birinci gördüyüm gündən daxil olmuşdun. Arxanca neçə ay süründükdən sora səndən "HƏ" cavabı ala bilmişdim. Tel nömrənidə rəfiqələrinin birindən almışdım.
Səninlə tanış olub, danışmaq mənim üçün o an vacib idi. Mənim sevmək fikrim yox idi... Sadəcə sən elə anda çıxdın ki qarşıma, məni ancaq o an, o stresdən sən uzaq edə bilərdin. Amma mənim sevmək fikrim yox idi... Sadəcə mən xilas olmaq istəyirdim, başıma gələn hadisənin stresindən xilas olmaq istəyirdim. Çünki mən səni sevmirdim. Mən özümü xilas etmək üçün səni qurban seçmişdim.
Səni aldatdım... Öz yalan öpüşlərimlə... Halbuki mən səni öpərkən gözlərinə baxdıqda səni dümyanın ən xoşbəxt qızcığazı kimi görürdüm. Hər dəfə sənə "Səni sevirəm" deyəndə, sən də "Nə qədər?" deyərkən, mənsə heç utanmadan "Çooox, laaap çooox" deyərdim. Amma mən bu sözlərin sənin üçün nə qədər vacib olduğunu bilmirdim. Çünki mən heç vaxt sevməmişdim. Sadəcə bu sözü deyib onun mahiyyətini başa düşmürdüm. Bununla özümə haqq qazandırmıram. Bilirəm sən məni heç vaxt bağışlamadın onsuzda. Sadəcə bunları ürəyimi boşaltmaq üçün yazıram, sən görməsəndə, bilməsəndə.
Elə bilirsən sənə etdiklərimi unutmuşam amma əsla... Hər səninlə gəzdiyim yerlərdən keçəndə, hər sənin rəfiqələrini görəndə sən düşürsən yadıma. Hər gecə yatmamışdan əvvəl sən gəlirsən gözlərimin önünə. Fikirləşirəm, mən səni niyə aldatdım axı, mən niyə yenicə çiçəklənməyə başlamış bu qızcığazı niyə aldatdım axı öz yalançı sözlərimlə. Niyə axı geniş, təmiz ürəyini zəhərlədim öz yalanlarımla? Halbuki mən səni sevmirdim, amma hər dəfə sənə ağız dolusu "SƏNİ SEVİRƏM" deyəndə heç düşünmürdüm axrı necə olacaq.
Səninlə ilk görüşümüz də yadıma gəlir. Görüş yeri tapa bilmirdik:). Sən dediyinlə mən razı olmurdum, mən dediyimlə sən. Sən tanışlarıvın bizi bir yerdə görməyindən qorxardın. Axırda mənim seçimim ilə ortaq bir nöqtəyə gələ bildik. Bu dəniz qırağındakı şam ağacları ilə dolu olan bağça idi. Sən oranı "Xarabaxanalıq" adlandırarkən, mənsə "Elə demə ora bizim ilk görüş yerimizdi, ora xarabaxanalıq olsada mənimçün Cənnətdir" demişdim gülərək. Səndə hər dəfə görüş yerimizi təyin edəndə "Yenə Cənnətdə görüşürük?" deyərdin. Halbuki ora sənin üçün doğurdan da Cənnət idi. Ancaq mən indi oranın dəyərini başa düşürəm. O Cənnətdə o qədər yalanlar işlətdimki. Yəqin onun günahlarıdı məni saldı bu hala. İndi özüm öz vicdanımla üz-üzəyəm.
Yadıma gəlir əlindən tutmuşdum, bizim "Cənnət" adlandırdığımız o yerdə. Onda ikimizində 18 yaşı var idi. Mən sənə zarafatca "Mənə ərə gələrsən?" demişdim. Sənsə gülmüşdün, bunun zarafat olduğunu bilmişdin, ancaq gözlərində böyük sevinc, yanaqlarında qızartı var idi, gözlərin, yanaqların bunu ciddi qəbul etmişdi.
Sənə yazdığım axırıncı sms də yadımdadı. Aramızda axır vaxtlar söz-söhbətlər çox olurdu və mən bu söz-söhbətlərin çoxdan olmağını gözləyirdim. Çünki artıq bir yerdə olmağımızı istəmirdim. "Səni sevsəmdə, biz bir-birimizi başa düşmürük, ayrılsaq yaxşıdı çünki mən xoşbəxt gələcək istəyirəm." sms ə gələn cavabın bu oldu "Belə etmə, əgər sevmirsənsə düzünü de, sevirsənsə mənə bir şansda ver". Mən sənə cavab yazmadım. "Ok. Başa düşdüm. Qorxduğum şey səni itirmək idi, sənidə itirdim" axrıncı sms in bu oldu.Ondan sonra sənlə heç maraqlanmadımda, heç axtarmaımda. Ancaq indi sənin bir sözünə həsrətəm. Bircə yuxuma gəl "Bağışladım səni" söylə. Heç olmasa bununla rahat olum.

PS: Yazı dostumun həyatından götürülmüşdür. Xəbərdə qeyd olunan qız 16.05.2011 tarixində yol qəzası nəticəsində vəfat etmişdir.
Категорія: Sevgi | Додав: NicatKNN (05.06.2011)
Переглядів: 531 | Коментарі: 5 | Рейтинг: 4.0/1
Всього коментарів: 5
5 Patriot  
0
Emi oglu saytinda hekayelerinde yeri var tesekkur ela

3 Orxan  
0
Ela ela

4 NicatKNN  
0
Təşəkkür

2 aynur  
0

1 NicatKNN  
1

Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]