Головна » Статті » Sevgi

Kaş o qadın olmayaydı

On ildən sonra, bu yazını oxuyarkən onlardan hansına nail olmusuz?
Hamısınamı? İnanmıram.
Yarısınamı?
O da yox. 
Üçdə birinəmi? Ola bilsin.
Bəlkə çoxdan unutmusuz on il əvvəlki arzuları, ümidləri gündəlik həyat sıxıntılarının içində? 

Amma yenə də içinizdə bir sürü arzularınız, ümidləriniz, planlarınız var on il sonra üçün.
Hərdən daima uzaqlarda dolaşan xəyal atınız şahə qalxıb sizi tərkindən salanda ayılırsız bu xəyallardan. Öz-özünüzə dodaqaltı gülürsünüz. 

Bilirsiniz ki, on il sonra üçün qurduğunuz xəyallar sadəcə, xoş bir yuxudur. Heç onun gerçəkləşməyi üçün çeçələ barmağınızı belə dəbərtməyəcəksiz. Bununla belə vaz keçmirsiz bu xəyallardan. Vaz keçmək olmur.

Yüz illik məhkumların belə xəyalları var.
Dinlərdə axirətə, cənnətə, şərin məhv olacağına inam yoxdurmu?
İnqilablar xoşbəxt günlər naminə baş tutmurmu? O inqilablarda işıqlı sabaha bir qətrə belə şübhə olsaydı, baş tutmazdılar.
Con Steynbekin "İnsanlar və siçanlar”ı.
Amerika. Böyük depressiya illəri.

Sərgərdan işçilər olan Corc və Nelli. Onlar ştat-ştat gəzib fermalarda ağır işlərdə çalışaraq adi bir həyat yaşayırlar. 
Bu gündən sabaha gümanları, ciblərində pulları yoxdu. Amma arzuları, ümidləri o qədər böyükdür ki. Xoş güzəran quracaqlarına elə içdən inanırlar ki.

Olsun ki, Nelli azman, dəvə qədər qüvvətli olmasına baxmayaraq ağıldan kəmdi. Ağıldan kəmin arzularıdır deyib də keçmək olar.
Amma Corc da bu xəyallara Nelli qədər inanır. Sabaha ümid edir.
Baxçalarında meyvə ağacları olan kiçicik ferma.
Ayrıca otaqlarının olacağı bir ev.

Mal –qaraları, donuzları, dovşanları,toyuqları, südləri, yumurtaları....
Dovşanlara Nelli baxacaqdı. Bu, onun arzusu idi. Xırda, zərif, yumşaq tüklü heyvanları oxşamağı sevirdi. Corc ona dovşanlara baxmağa icazə vermişdi.

Onlar tez-tez bu xoşbəxt evin xəyalını qururdular. Bir gün Kendi də onlara qoşulmuşdu. Fermalarda keçirdiyi ömrün sonunu yaşayan tək əlli Kendi. Ömrü boyu yığdığı pulunu Corcgilə verməyə hazırdı. Təki o xoşbəxt fermada onun da bir guşəsi olsun.
Hələ nəzərlərində tutduqları fermanın pulunun yarısını düzəldib başa çıxmayıblar, amma xəyallarında saxladıqları dovşanları neçəyə sata biləcəklərini müzakirə edirlər.

Təkcə Kruks, o qozbel zənci reallıq hissini itirməyib. Taleyi ilə barışıb. Təkcə o bilir buralardan nə qədər bu cür xoş, firavan həyat arzulayan işçilərin gəlib keçdiklərini. Amma heç birinin arzusu çin olmayıb. Corcgil birinci deyillər, sonuncu olmayacaqlar.
Məqsədlərinə o qədər yaxındılar ki. Aylıqlarını almalarını gözləyirdilər. 
Amma birdən....

Kaş ki, Nellinin axmaqlığı olmayaydı. 
Kaş o qadına toxunmayadı. Axı o nə etsin, qadın özü buna rəvac vermişdi. Onun da bir zamanlar arzuları vardı, hollivud ulduzu olmaq istəmişdi. Gəlib bu lənətə gəlmiş fermaya düşmüşdü.
Amansız fələk yenə öz çərxini tərsinə fırlatdı. Kruksun dedikləri çin oldu.

Nelli qadını sakitləşdirmək istərkən qüvvəsini tarazlaşdıra bilməyib azman əlləri ilə onu boğdu. 
Corcun başqa çarəsi yox idi. Nellini linçləmək istəyən fermerlər gəlmədən onu özü öldürməli idi. İşgəncədən qurtarmaq üçün.
Bu məqsədlə də tapançanı dayadı Nellinin peysərinə. Soyuq lülə Corcun arzularına da tuşlanmışdı.
Tətiyi çəkdi.

Zavallı Nelli heç nə hiss etmədi. O yalnızca dovşanları düşünürdü.
Категорія: Sevgi | Додав: NicatKNN (17.02.2012)
Переглядів: 498 | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]