Головна » Статті » Maraqlı

Erməni qadınının tumanı
    Hələ qədimlərdən mal-qara, qoyun-quzu oğurluğu bizlərdə xüsusi bir qoçaqlıq sayılmış. Odur ki, elə Axundovun Tarıverdisi də belə bir qoçaqlıq yapmaq istəyində bulunmuşdu ki, qızın xoşuna gəlsin. Həqiqətən də vaxt olmuş ki, qızlar dam yarıb dana çıxaran oğlanlara bayılmışlar. Necə ki, indi biznesmenlərə bayılırlar.

Qazaxda da məşhur mal-qara oğruları olmuşdur. Və onlar toyuq oğrularına, cibgirlərə heç salam da verməyiblər. Əsasən ermənilərdən mal-qara oğurlayırmışlar.

Bu oğruların elə atkeçməz yolları olub ki, adam onların ağıllarına heyran olmaya bilmir. Görün kimin ağlına gələr İsmayıl adlı oğrunun ağlına gələn. Bir dəfə ermənidən bir cöngə oğurlayıb öz evində alışma (heyvanın kəsilib ətinin bərabər paylara bölünərək satılması) edirmiş. Bir də xəbər çatır ki erməni milisləri izə düşüb, artıq evə çata-çatdadırlar. Kişi özünü itirmir. Ətin üstünə bir mələfə çəkdirir və alışmaya gələn arvadlara deyir: "Kim yaxşı ağlasa, ona daha çox ət verəcəm, özü də havayı”.

Erməni milisləri gəlib görürlər ki, həyətdə ağlaşmadır. Guya kişinin dədəsi ölübmüş. Milislər də başsağlığı verib gedirlər satqının anasını ağlatmağa.

Bu oğrulardan ən məhşuru bəlkə də Fərəhli Şəkər kişi olmuşdur. Nə qədər ermənidən oğurluq etsə də, bircə dəfə də "ilişməmişdi”. Bir dəfə bir nəfər ona deyir ki, mənim elə bir itim var ki, sən heç evin həndəvərinə də yaxın gələ bilməzsən. Bəhsə düşən Şəkər kişi həmin adama deyir: "Sənin itini ağaca dırmaşdıraram”. Sonra da başlayır fəaliyyətə. İri bir tələ düzəldir. Tələni bir ağacın altına qoyub bir yanına da uzun bir kəndir bağlayır. Kəndiri də həmin ağacdan daha uca bir ağacın üst budaqlarından birindən aşırıb əlində hazır tutur. İt bağdan açılan kimi tələdəki ətin iyinə gəlir və Şəkər kişinin tələsinə düşür. Sonra da Şəkər kişi kəndiri darta-darta iti dırmandırır ağaca. Daha sonra da həmin adamın damından bir erkəyi götürüb aparır və ona bir ismarıc göndərir: "Pişiyi ağaca dırmanan adam görmüşdüm, iti ağaca dırmanan adam görməmişdim. Belə iti saxlama, gəl sənə yaxşı bir it damazlığı verim”.

Bir dəfə isə yenə bir nəfər öz itini tərif edir. Şəkər kişi də baxır ki, yox, bu it ağaca dırmana it deyil, atdan adam salan itlərdəndir. Bunun da əlacını tapır Şəkər kişi. Hardansa bir kürsəyə gələn qancıq it tapır və bu iti həni adamın qoyun yatağının yanına aparır. Görür ki, otaqlardan birinin qapısı açıqdır. Qancıq iti salır həmin otağa və ora bağlayır. Məlumdur ki, atdan adam salan it özünü verir qancığın yanına və eşqli anlar yaşayır. Şəkər kişi də qapını bağlayıb sonra da yataqdan quruqlu bir erkək çırpışdırır və həmin adama bir ismarıc göndərir ki, qapını tez aç, yoxsa itin acından ölər.

Bir dəfə isə ermənidən bir camış oğurlayır Şəkər kişi. Aradan 10-15 gün keçmiş ermənini qonaq çağırır. Erməni baxır ki, camışı burdadı, amma alnında təpəl var. Sən demə, Şəkər kişi camışın alnına necə yara salıbmışsa, yara yerindən ağ tüklər çıxıbmiş ki, bu da camışı təpəl etmişdir. Fağır erməni qalır mat-məəttəl ki bu camış mənimdir, bəs bu təpəl nədir?

Şəkər kişinin ən məhşur oğurluğu isə bir erməninin öz əli ilə soyundurduğu arvadının tumanını aparmasıdır. Əhvalat belə olur-həmin erməni Şəkər kişi ilə nəsə düz gətirmir. Orda-burda dalınca danışır ki, Şəkər qorxağın biridir. Şəkər də ona ismarıc göndərir ki, – sənin öz yanından arvadının tumanını apararam. Sonra da keçir əməliyyata Şəkər kişi. Hardansa bir bankə atlı qarışqa yığır bu məqsədlə. Sonra da dağda həmin erməninin dəyəsinə yaxınlaşır. Baxır ki, həmin erməni arvadı ilə mışıl-mışıl yatır dəyədə. Fürsətləyib bir bankə atlı qarışqanı tökür bu ər arvadın yatağına. Sonra da məlumdur ki, məsələ necə olur. Atlı qarışqa bu cütlüyün canına daraşdıqca başlayırlar pal-paltarlarını soyunub hara gəldi atmağa. Erməni kişisinin özücə arvadının tumanını çıxarıb dəyədən bayıra atır. Çünki dəyəyə atılan pal-paltarın üstündəki qarşqaları da dəyədən rədd etmək lazım gəlirmiş. Bu fürsəti gözləyən Şəkər kişi də tumanı götürüb aradan çıxır və hansısa bir ağacın koğuşunda gizlədir. Daha sonra da həmin erməniyə bir ismarıc göndərir ki, get filan yerdəki filan ağacın koğuşundadır sənin arvadının tumanı.
Категорія: Maraqlı | Додав: NicatKNN (30.07.2011)
Переглядів: 565 | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]