13:29 WI-FI Kişilərə ziyandı |
Diz üstü kompyuterdən çox istifadə edənlər atalıq hissindən məhrum ola bilərlər WI-FI kişilər üçün ziyandır - amerikalı və argentinalı alimlər bu qənaətə gəliblər. Onların fikrincə, WI-FI ilə təchiz olunan dizüstü kompüterlər spermaya ziyan vurur. Kompüteri dizüstə istifadə etməyi sevən kişilərin gələcəkdə atalıq hissindən məhrum olma təhlükəsi var.
Reproduktiv Tibb Mərkəzinin əməkdaşları bunu müəyyən etmək üçün spermanı wi-fi ilə yanaşı qoyublar. Nəticədə sperma zəifləyib, onun genetik kodunda isə dəyişiklər meydana gəlib. Araşdırma nəticəsində simsiz internet texnologiyasının yaxınlığında olan spermaların 25 faizi hərəkətdən qalıb, 9 faizi isə genetik dağıntıya məruz qalıb. WI-FI-ın ziyanı onun elektromaqnit şüalanması ilə bağlıdır. |
|
Всього коментарів: 0 | |