Головна » 2012 » Fevral » 16 » Türkiyədə “Erməni Soyqırımı Var Deyənlər Cəzalandırılsın” kampaniyası başlayıb
01:04
Türkiyədə “Erməni Soyqırımı Var Deyənlər Cəzalandırılsın” kampaniyası başlayıb
Bununla bağlı Türkiyə Respublikası prezidentinə və Türkiyə Respublkikası baş nazirinə, Türkiyə Böyük Millət Məclisinə müraciət olunacaq.

Bu haqda xəbəri kampaniyanın təşkilatçısı, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, İqtisadiyyat doktoru Asif Qurban bildirib.

"Bu günlərdə Fransa parlamentinin erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərar hamımızı hiddətləndirməklə yanaşı, artıq buna son deməyin zamanıdır. Fransanın Türkiyənin daxili işlərinə qarışması yolverilməzdir. Dünyanın əsl həqiqətləri görməsinə çağırırıq və Ermənistan tərəfidən Xocalıda, Qarabağda baş verən soyqırımları tanımağa dəvət edirik. XX əsrin əvvəllərində ermənilər tərəfindən Anadolu və Azərbaycanda yüz minlərlə insanın qətlə yetirilməsi faktı gözdən qaçmamalıdır.

İlk öncə Türkiyədə dövlət səviyyəsində "Erməni Soyqırımı Var Deyənlər Cəzalandırmalıdır” qanunu qəbul edilməlidir”,- deyə, Dr. Asif Qurban bildirib.

Bu sözü işlədənlər ya 18 ay həbs cəzası, ya da 10000 TL pul cəzası ilə cəzalandırıla bilər. Bu pulun gələcəkdə şəhid ailələrinə xərclənməsi də mümkündür.

Kampaniya üzvü olmaq istəyənlər  http://www.ermeni-soykirimi-var-diyen-cezalansin.org/ saytına daxil ola bilərlər.
Переглядів: 406 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]