17:59 Qızıl "Mercedes" |
Avtomobilin bəzədilməsinə 600-dən çox yaqut, külli miqdarda 24 karatlıq qızıl sərf edilib Dünyanın ən tanınmış avtomobil markalarından olan "Mercedes" yeni qeyri-adi avtomobilini yaradıb. "Mercedes McLaren SLR" qiymətli metallarla hazırlanıb. Belə ki, avtomobilin bəzədilməsinə 600-dən çox yaqut, külli miqdarda 24 karatlıq qızıl və 35 000 saatdan çox vaxt sərf edilib. Avtomobilin ön hissəsindəki loqotipi, faralarının ətrafı, şin diskləri, pedalları, qapı panelləri, və başqa elementləri qızıldandır. Hətta kuzovun qırmızı boyası belə adi boya deyil. Çünki ona 5 kq-a yaxın qızıl tozu qatılıb. Buna 300 min dollar vəsait xərclənib. Avtomobil özü isə 25 qat bu boya ilə boyanıb. Avtomobil bu model üçün xarakterik olan 700 at gücündə olan mühərriklə təchiz edilib. Maşının maksimal sürəti saatda 350 km-dir. Bundan əlavə maşında həmçinin xüsusi GPS sistemi də quraşdılıb. Əgər avtomobil qaçırılsa belə onun sahibi "Mercedes"ini dünyanın istənilən nğqtəsindən izləyə biləcək. Ümumiyyətlə, radarlı sensorlar oğruların bu dəyərli əşyaya yaxınlaşmasına imkan verməyəcəklər. Qeyd edək ki, bu qədər əziyyətlə başa gələn avtomobilin qiymətidə o qədərdə az deyil. Öz işinə görə ustalar 11 milyon dollar tələb edirlər. Maşının Çin və Yaxın Şərqdən olan potensial alıcıları artıq bu qiymətli daş-qaşlı yenilkiklə maraqlanmağa başlayıblar. |
|
Всього коментарів: 2 | |
| |