Головна » 2011 » Fevral » 24 » Kişilər hansı qadınları sevmirlər?
01:59
Kişilər hansı qadınları sevmirlər?
Güclü cinsin nümayəndəsini dəli olmaq həddinə çatdıran qadınlar
Qadın böyük qüvvədir. Həyatı qadınsız təsəvvür etmək mümkün deyil. Lakin onların arasında yaxşıları olduğu kimi, pis xasiyyətliləri də az deyil. Bəzi qadınlar isə kişilərin qətiyyən sevmədiyi növə aiddirlər. Onlar hətta qarşı cinsin nümayəndəsini dəli olmaq həddinə çatdıra bilərlər. Görəsən, kişilərin hansı qadınlardan xoşu gəlmir?

1.İntim həyatı silah olaraq istifadə edənlər
Bəzən qadınlar münasibətlərdə üstünlük əldə etmək üçün bu yola əl atırlar. Bu cəsur davranış zərif cinsin nümayəndələri arasında alqışlansa da, kişilər belələrini heç sevmirlər.

2. Deyingənlər
Qadınlar danışmağı çox sevirlər. Ancaq kişilər detallara qulaq asmaq istəmirlər.

3. Yorulana qədər alış-veriş edənlər
Qadınların çoxuna alış-veriş üçün bir gün kifayət etmir. Onlar vitrinlərə, qiymətlərə bir-bir baxmaq, alacaqlarını bir neçə yerdə geyinib yoxlamaq istəyirlər. Kişilərin fikrincə, bu vərdişin ən pis tərəfi isə qadınların onları özləri ilə aparmasıdır. Kişilər həm mağaza-mağaza gəzməkdən, həm də paltara, ayaqqabıya hədsiz pul xərcləməkdən qətiyyən zövq almırlar.

4. Həddindən artıq həssas
Hər şeyə - dramatik filmə, oxuduğu kitaba, qırılan dırnağa, kəsilən saça görə ağlayan qadınlar xoşa gələn tiplərdən deyillər. Güclü cinsin nümayəndələri hər dəqiqə gözü yaşlı qadın görmək istəmirlər.

5. Şəxsi əşyalara müdaxilə
Demək olar ki, hər qadının kişilərin şəxsi əşyalarını qarışdırmaq kimi vərdişi olur. Əslində qadınlar özləri də bu davranışlarından nifrət edirlər.

6. Sirli, üstüörtülü danışmaq
Kişilər üstüörtülü, qeyri-müəyyən suallara cavab verməkdən çəkinirlər.

7.Zəif və möhtac olanlar
Kişilər dayanıqlı, sağlam, heç kimə möhtac olmayan, öz daxili dünyaları olan qadınlarla birlikdə olmağa üstünlük verirlər.

8. Qısqanclar
Qadınlar sevgilisi və ya həyat yoldaşından başqa qadının adını eşitməyi heç sevmirlər. Kişilərin isə qadınların bu məsələyə nə üçün belə sərt reaksiya verdiklərini anlamırlar.

9. Həmcinslərinin paxıllığını çəkənlər
Nə üçün bir qadın adətən həmcinsi haqqında yaxşı sözlər danışmır? Çünki onların çoxu həmcinslərinin bəzi xüsusiyyətlərinə paxıllıqla yanaşır ki, bu da bəyənilmir.

10. Daha məsum görünməyə çalışanlar
Kişilər qadınların nə üçün özlərini olmadıqları kimi göstərmək istədiyini anlamırlar.
Переглядів: 544 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]