Головна » 2012 » Fevral » 15 » İtkin düşmüş məktəbli qızlardan ikisi tapılıb
00:41
İtkin düşmüş məktəbli qızlardan ikisi tapılıb
İnternetdə tanış olduğu oğlanların dəvəti ilə Bakıya gələn qızlar polis tərəfindən saxlanılıb

Azərbaycanda itkin düşmüş məktəbli qızlardan ikisi tapılıb. Bu barədə APA-ya Kürdəmir Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Bakıya ezam olunub. Həyata keçirilən tədbirlər nəticəsində ilk olaraq qızların Bakıda görüşdüyü Qismət adlı şəxs saxlanılıb. Onun köməkliyi ilə qızlardan ikisi – Tünzalə Şirəliyeva və əkiz bacılardan biri Bakının Səbail rayonu ərazisində, "Xalça” muzeyinin yaxınlığında saxlanılıb. Əkiz bacılardan digərinin də yeri artıq müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, məktəbli qızlar internet vasitəsi ilə Bakıda yaşayan oğlanlarla tanış olublar. Həmin oğlanların dəvəti ilə onlar Kürdəmir avtovağzalından Müşfiq adlı taksi sürücüsünün maşını ilə Bakı şəhərinə gəliblər. Bakı Beynəlxalq Avtovağzalında isə onları Qismət adlı şəxs qarşılayıb.

Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qızlarda olan mobil telefonla onların Bakıya çatan zaman kimə zəng etdikləri müəyyənləşib.

Qeyd edək ki, Kürdəmir rayonunun Carlı kənd sakinləri – 16 yaşlı Tünzalə Şirəliyeva, 16 yaşlı Röyalə Novruzova və onun əkiz bacısı Minayə Novruzova dünən yaşadıqları kənddən Kürdəmir rayonunun mərkəzinə hazırlıq məqsədi ilə müəllim yanına getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Onların valideynləri bu barədə Kürdəmir Rayon Polis Şöbəsinə məlumat veriblər. Araşdırmalar zamanı məktəbli qızların müəllim yanına getmədikləri məlum olub. Polis adıçəkilən şəxsləri itkin düşmüş kimi qeydiyyata alıb. 
Переглядів: 509 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]