Головна » 2012 » Fevral » 15 » Hollivudlu məşhur rejissorun oğlu müsəlman oldu
00:53
Hollivudlu məşhur rejissorun oğlu müsəlman oldu
Şon İslam dinini qəbul etməsinin xristianlığa və yəhudiliyə arxasını çevirmək olmadığını deyib

Hollivudun tanınmış rejissoru Oliver Stounun oğlu Şon Stoun İslam dinini qəbul edib. "AFP”-nin məlumatına görə, sənədli film çəkmək üçün İranda olan oğul Stoun bu ölkədə müsəlman olub. İsfahan şəhərindən telefonla məlumat verən Şon İslam dinini qəbul etməsinin xristianlığa və yəhudiliyə arxasını çevirmək olmadığını deyib. Qeyd edək ki, 27 yaşlı Əli Şon Stounun atası yəhudi, anası isə xristiandır. 

"Fars” xəbər agtentliyi isə Şon Stounun şiə məzhəbini mənimsədiyini və adını Əli olaraq dəyişdirdiyini qeyd edib. 

Xatırladaq ki, oğul Stoun da atası kimi rejissordur və sənədli film çəkilişi ilə məşğul olur.

Qeyd edək ki, ötən il Şon Stounun boynunda İmam Əlinin (ƏS) qılıncı şəklində, üstünə "Ya Əli” yazılmış medalyon taxması barədə mətbuatda xəbərlər yayılmışdı. Stoun bu medalyonu uğur kimi taxdığını demişdi.
Переглядів: 459 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 2
2 NicatKNN  
0
İnşAllah...

1 tina  
1
sonunda hami anlayacaq Islam nedi.

Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]