Головна » 2012 » Fevral » 19 » Gürcüstanın sevgi şəhəri - Siqnaxi (FOTO)
20:13
Gürcüstanın sevgi şəhəri - Siqnaxi (FOTO)
 

Gürcü çarlarının ən sevdiyi yer indi fərqli nigah arzusunda olan əcnəbi vətəndaşların diqqət mərkəzindədir

Fərqli nigah üçün əcnəbi vətəndaşların seçdiyi şəhərlərdən biri Gürcüstanın Siqnaxi şəhəridir. Burada həm nikah bağlayır, Gürcüstanın tarixi ilə tanış olur və gürcü şərablarının dadına baxırlar. 

 
Siqnaxi Gürcüstanın ən məşhur şəhərlərindən biridir. Qədim tarixi olan bu şəhərə yeni nəfəs 2007-ci ildə verildi – onu turizm şəhəri kimi formalaşdırmağa başladılar. Gürcüstanın Kaxeti bölgəsində yerləşən şəhər tarixən gürcü çarlarının ən sevdiyi yer olub. İndi ölkəyə gələn turistlərin əksəriyyəti tur çərçivəsində Siqnaxini də mütləq gəlib görür.
 
Turistləri bu şəhərdə cəlb edən infrastruktur xüsusilə düşünülüb. Maraqlı məkanlardan biri Siqnaxi muzeyidir. Zəngin eksponatların sərgiləndiyi muzey əcnəbiləri çox maraqlandırır. Məşhur gürcü rəssamı Pirosmaninin 16 ədəd orijinal əsəri də daimi olaraq məhz burada təqdim olunur. Muzeyin əməkdaşı Nana Maxaşvilinin sözlərinə görə, Pirosmaninin 16 orijinal əsərinin Siqnaxidə saxlanılması bura turistlərin axınını xeyli artırdı: "Bir çox adam məhz bu rəsm əsərlərini görmək üçün Siqnaxiyə gəlir. Bir il əvvəl burada Pikassonun orijinal əsərlərinin sərgisi keçirilmişdi. Bu, bütün dünyanın diqqətini çəkmişdi”.
 
Burada Gürcüstan tarixinə aid dəyərli eksponatların saxlanılmasında əsas məqsəd yenə də bölgədə turizmin inkişaf etdirilməsi ilə bağlıdır. Ekspertlərin rəyinə görə Gürcüstana gələn turistlər arasında mədəni irsi abidələrlə maraqlananların sayı çoxluq təşkil edir. Buna görə də turizm üçün inkişaf etdirilən şəhərlərdə restoran, bar, kazino ilə yanaşı Gürcüstan tarixini eks etdirən amillərə xüsusi diqqət yetirilir. Bu, etno evlər, sərgi salonları və ya müzeylər ola bilər.
 
Sixnaği muzeyində rast gəldiyimiz maraqlı məqamlardan biri də, burada Azərbaycan milli musiqi çalğı alətlərinin qorunub-saxlanılması oldu. Muzeyin əməkdaşı Mariam Quliaşvili dediyinə görə, şərq aləminə aid eksponatlar turistlərin diqqətini çəkir: "Siqnaxidə əsrlər boyu ən sevimli çalğı alətləri kamança və tar olub. Bura gələn turistlərə tarın, kamançanın, qaval və zurnanın Azərbaycan çalğı alətləri olduğunu deyirəm”
 
Gürcüstanı şərab beşiyi adlandırırlar. Siqnaxidə də şərab mədəniyyəti qorunur. Xüsusi məkanlarda sərgilənən şərabları dequstasiya etmək imkanı da var. Qidlər isə turistlərə gürcü şərabı haqqında məlumat verir, seçimdə turistlərə yardım edirlər.
 
Həm də sevgi şəhəri adlandırılan Siqnaxiyə gələn əcnəbi vətəndaşlar bir-biri ilə rəsmi nikah da bağlaya bilər. Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən bu şəhərdə verilən nikah kağızı beynəlxalq status daşıyır.
Переглядів: 1823 | Додав: KNPS | Рейтинг: 5.0/1
Всього коментарів: 1
1 azerinocka  
1
Gözəl və romantik şəhərdi 31

Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]