Головна » 2012 » Fevral » 15 » Evlilikdə kəramət var
00:55
Evlilikdə kəramət var
Ən böyük xoşbəxtlik nədir?
Texnologiya, şəhər həyat sevgi və qarşılıqları münasibətləri çətinləşdirir. Amma buna baxmayaraq dünyada evliliyə, məhəbbətə olan inam itmir. Evlilikdə kəramət var - İPSOS sosial araşdırmalar institutunun 23 ölkədə apardığı araşdırmanın nəticələri belə deyir. Araşdırmaya 21 mindən çox insan qatılıb. Onların 63 faizinin fikrincə, ən böyük xoşbəxtlikləri həyat yoldaşlarıdır. Türkiyədə isə bu rəqəm - 80 faizdir. 

Evlilərin 40, subayların isə 34 faizi cinsi həyatın xoşbəxt olmaq üçün mühüm yer tutduğunu düşünürlər. 

Araşdırmanın ən maraqlı tərəfi isə evliliyə olan münasibətdir. Belə ki, rəyi soruşulanların əksəriyyəti bərabər yaşamaqdansa evliliyin daha yaxşı hal olduğunu düşünürlər. 

Nəticələrə görə, daha çox bir sevgili taparaq xoşbəxtliyi yaxalaya biləcəyini düşününənlər əsasən aşağıdakı ölkələrin sakinləridir. 

İndoneziya - 69
Türkiyə - 57
Meksika - 56
Rusiya - 54
Macarıstan - 52
Cənubi Afrika - 51
Braziliya - 49
Fransa - 48
Argentina - 47
Almaniya - 47
Kanada - 46
Amerika - 46
Avstraliya - 44
İsveç - 44 

Переглядів: 484 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]