Головна » 2012 » Mart » 5 » Dostunu öldürən şəxs: "Yoldaşıma sataşıb, mən də öldürmüşəm..."
00:57
Dostunu öldürən şəxs: "Yoldaşıma sataşıb, mən də öldürmüşəm..."

Fevralın 29-da Şabran rayonunda baş vermiş qətlin təfərrüatları məlum olub

Fevralın 29-da naməlum şəraitdə qətlə yetirilən Şabran sakini Əbil Şükürovun qətlinin təfərrüatları məlum olub. Bundan başqa, hadisəni törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Şabran Polis Şöbəsindən verilən məlumata görə, qətli mərhumun yaxın dostu və həmyerlisi Xəyyam Pənah oğlu Pənahov törədib. 

"Xəyyamın dediyinə görə, həyat yoldaşına sataşıb. O da onu izləyib, Sincanboyad kəndinə şəxsi işi üçün gedərkən yolda onu tutub, qəfildən vurub öldürüb. Əlbəyaxa nəticəsində öz köynəyinin sapı ilə onu boğub, həm də bıçaqla xəsarət yetirərək öldürüb”, - deyə Şabran Polis Şöbəsinin rəis müavini Məmmədmusa Hüseynov bildirib.

Xəyyam Pənahov isə öz dostunu qısqanclıq zəmnində qətlə yetirdiyini etiraf edib: "Hadisə ailə zəminində baş verib. Sataşıb yoldaşıma, mən də öldürmüşəm. Bunu mənə yoldaşım demişdi. Xeyr, peşman deyiləm”.

Qeyd edək ki, qətlə yetirilən Əbil Şükürov və onu öldürən Xəyyam Pənahov əvvəllər narkotik maddələrin istifadəsinə görə məhkumluq həyatı yaşayıblar. Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb.
Переглядів: 505 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]