Головна » 2012 » Oktyabr » 14 » Bakıda avtobus sürücüsü son nəfəsində sərnişinləri xilas edə bildi - YENİLƏNİB
15:58
Bakıda avtobus sürücüsü son nəfəsində sərnişinləri xilas edə bildi - YENİLƏNİB

Nəqliyyat vasitəsinin salonunda olan 21 nəfər sərnişin heç bir zədə almadan xilas olublar.


Paytaxtın Gəncə prospektində avtobus sürücüsü "Daewoo” markalı (10-TF-823 dövlət qeydiyyat nömrəsi) avtobusu idarə etdiyi zaman dünyasını dəyişib. Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzindən Anspress-ə verilən məlumata görə, halının pisləşdiyini hiss edən 2 saylı avtobusun sürücüsü 56 yaşlı Məlik Vahidov insan təlafatı ilə nəticələnəcək qəzanın baş verməməsi üçün dərhal avtobusu yolun kənarına sürüb və saxlayıb.

Nəticədə nəqliyyat vasitəsinin salonunda olan 21 nəfər sərnişin heç bir zədə almadan xilas olublar. Lakin peşəkar sürücü 21 nəfər insanın həyatını xilas etsə də, özü avtobusu saxladıqdan sonra dünyasını dəyişib.

Nəqliyyat Nazirliyi baş vermiş bədbəxt hadisədən məlumatlı olduğunu və mərhumun ailəsinə maddi yardım edəcəyini bildirib.

-----------------
12.10.2012
10:56


Bakının Xətai rayonunda sərnişin avtobusunun sürücüsü sərnişinlərin gözü qarşısında dünyasını dəyişib.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, hadisə dünən Gəncə prospektində baş verib. 

İçərisi sərnişinlə dolu olan 2 saylı avtobusun sürücüsü, 56 yaşlı Məlik Vahidov sükan arxasında özünü pis hiss edib. O, peşəkarlıq göstərərək avtobusu yolun kənarına sürüb, saxlayıb və keçinib. 
Faktla bağlı araşdırma aparılır.

Переглядів: 653 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]