Головна » 2011 » İyun » 02
Melikyan amnistiyaya düşüb

Ermənistanda kriminal aləmdə "Oşakansi Qevorik” ləqəbi ilə tanınan "qanuni oğru” Qevorq Melikyan birbaşa məhkəmə zalından azadlığa buraxılıb. ANS PRESS-in "Jamanak” qəzetinə istinadən verdiyi xəbərə görə, bağlı qapılar arxasında keçirilən məhkəmə iclası zamanı hakim Armen Bektaşyan Melikyana amnistiya qərarı şamil edərək onu zaldan azadlığa buraxıb.

Qeyd edək ki, Qevork Melikyan cari ilin aprel ayının 12-si narkotik maddələrin saxlanması və onlardan istifadədə şübhəli bilinərək saxlanılıb.
Baxılıb: 487 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 02.06.2011 | Müzakirələr (0)