Головна » 2011 » Mart » 06
Aktyorun vəfatı etdiyi bu gün axşam saatlarında məlum olub.
Qonşularının və tanışlarının bildirdiyinə görə, aktyoru sonuncu dəfə martın 4-də axşam saatlarında görüblər. Bu gün isə ondan xəbər çıxmayıb. E.Həmidov bu gün tamaşada iştirak etməli olsa da, işə getməyib. Bundan sonra onun evinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. FHN əməkdaşları pəncərədən mənzilə daxil olaraq, E.Həmidovun cəsədini tapıblar. İlkin versiyaya görə, o, ürək xəstəliyindən vəfat edib. Həmidov Elçin Qəzənfər oğlu - 1958-ci ildə anadan olub. O, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus m ... Ardı»
Baxılıb: 546 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 06.03.2011 | Müzakirələr (0)