Головна » 2011 » Oktyabr » 05

Qız və oğlan evlərinin adamları arasında dava yeməyin gecikdirilməsi kimi utandırıcı səbəbdən başlayıb

Daxili İşlər Nazirliyi Şirvan şəhərindəki şadlıq sarayında toy məclisində baş verən dava ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 4-də saat 22.00 radələrində Şirvan şəhərindəki "Sərvət" şadlıq sarayında, Sabirabad rayonunun Həşimxanlı kənd sakini Mais Fərziyevin keçirdiyi toy məclisində iştirak edənlər arasında münaqişə baş verib. Nəticədə Şirvan şəhər sakini Şahin Səmədov infarktdan ölüb, digər iştirakçı Sabirabad rayon sakini Nicat Qafarov isə üz nahiyəsindən kəsilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

***
04:09
Şirvanda toyda baş verən kütləvi davada bir nəfər ölüb, bir nəfər isə ciddi xəsarət alıb. APA-ya Şirvan şəhər proku ... Ardı»
Baxılıb: 474 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 05.10.2011 | Müzakirələr (0)


Türkiyəli Sultan Kösənin boyu 5 metrə çata bilər

Dünyanın ən uzunboylu insanı kimi "Ginnesin rekordları” kitabına düşən türkiyəli Sultan Kösənin boyu uzanmaqda davam edir. ANS PRESS-in türk mətbuatına istinadla verdiyi məlumata görə, Kösənin boyu 4 sm daha uzanaraq 2 metr 51 sm-ə çatıb. S.Kösənin boyunun uzanmasına səbəb isə dünyada nadir rast gəlinən xəstəlikdir.

Kösənin sözlərinə görə, ABŞ-da müalicə alandan sonra bir müddət boyunun uzanması dayanıb. Ancaq müalicənin dayandırılması onun boyunun 5 metri keçməsi ilə nəticələnə bilər. "Dünyanın 3 rekordunu mən Türkiyəyə gətirdim. Bu ən böyük əl, ən böyük ayaq və ən hündür boy rekordlarıdır" deyən türk ölkəsini təmsil etməkdən qürur duyduğunu bildirib.

Qeyd edək ki, bir müddət öncə ayağının zədələnməsi Kösənin həyatını dəyişdirib. Belə ... Ardı»
Baxılıb: 423 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 05.10.2011 | Müzakirələr (0)