Azərbaycanın ən gəzməli bölgələrindən biri olan "OĞUZ"


Oğuz rayonu

Mərkəzi:    Oğuz şəhəri

Ərazisi:      1077 km

Əhalisi:      38291 nəfər

Kəndlər:     33

Ümumi sahəsi 1216 km2 (35.8 meşələr, 17.0 % becərilən torpaqlar, 17.5% otlaqlar, 29.7% s. torpaqlar).

Rayonun şimaldan - cənuba uzunluğu 37 km.

Şərqdən - qərbə eni 27 km.

08.08.1930 - də Oğuz rayonu yaranmışdır.

Ənyüksək dağ zirvəsi Məlkəmud ( 3879 m )

Ən uzun çay – Daşağılçay ( 46 km )

Rayonda ən qədim memarlıq abidəsi Vartaşın qalası (V əsr) ( Oğuz )

Rayonda ən qədim arxeoloji abidə Kərimli kəndində cənub qərbindən Nerropol ( e.ə I minillik əvvəli ) abidəsi mövcuddur.

Rayonda ilk məktəb - Xaşmaz və Padar məktəbləri (1883 ci il)

Rayonda ilk muzey - Rayon mərkəzlərindəki tarix-diyarşunaslıq muzeyi (1988-ci il)

1969-cu ildə rayon tabeliyində şəhər statusu verilib.

Ümumiyyətlə aşkar edilmiş və qeydə alınmış 39 arxeoloji və memarlıq binaların əksəriyyəti erkən və orta əsirlərə addir.

Oğuz qədim və zəngin tarixə malik bir bölcədir. E.ə yaşamış 17 kitabdan ibarət Coğrafiya əsərinin müəllifi yunan tarixşisi Strabon Qafqaz Albaniyası haqqında konkiret məlimatlar vermiş və göstərmişdirki, Oğuzunda daxil olduğu indiki Şəki - Zaqatala zonası 20 - 25 əsr bundan əvvəl (4500 il) abad və əhalisi olan yaşayış yerləri olmuşdur. Çörkəmli arxeoloq Oğuzun yetirməsi olan saleh Qazıyevin 1956-1959-cu illərdə rayonun ərazisində apardığı arxeoloji tədqiqat nəticəsində əldə edilmiş maddi mmənəfiyyat nümunələri təsdiq edirki, ərazidə neolit və aneolit dövürlərində (yəni 6-7 min il əvvəl) insanlar toplu şəklində məskunlaşmışlar. Rayonun Tilfili və Baş Daşağıl kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmuş müasir qəbirlərdən öz uzunluğu ilə fərqlənən, qədim tayfalarına məxsus "Kitabi-Dədə Qorqud” dastanındakı boylara səsləşən oğuz qəbirləri bu gündə qalmaqdadır. Oğuz rayonu tarixən etnik zənginliyi ilə də seçilmişdir. Yunan alimi Strabon alban tarixçisi Musa Kalankaytuklu və dicər müəlliflər öz əsərlərində yazırdılarki, Qafqaz Albaniyasında (Bu günki Oğuzun ərazisi) eramızın I əsrində 26 tayfa yaşayırdı. Bu 26 tayfanın sırasında olan utilər və liqlər bu gündə öz etnik varlığını Oğuzda saxlayır. Hazırda Oğuz rayonunda Azərbaycanlılarla yanaşı aşağıdakı millətlərin nümayəndəlridə yaşayırlar.Azərbaycanlılar 31216 (81.52%), Ləzgilər 5438 (14.2%), Türklər 1072 (2.8%), Ruslar 200 (0.5%), Yəhudilər 179 (0.5%), udilər, Tatarlar, Ukraynalılar, kürdlər - 400 nəfər (2%).

Tarixi abidələr haqqında məlumat

Aşkar edilmiş və qeydə alınmış 39 arxeoloji və memarlıq abidəsi mövcuddur. Bunların əksəri erkən orta əsrlərə və orta əsrlərə aid abidələrdir.

1.Adil körpüsü XIX əsr Xaçmaz kəndi.

2.alban məbədi Oğuz rayonunun şimal-şərqi

3.Rayon məscidi XIX əsr Rayon kəndində

4.Böyük və kiçik qalalar.Antik dövür. Tərkəş kəndinin cənubu, Türyan çayının sol sahili

5.Cümə məscidi XIX əsrin əvvəli Xaçmaz kəndi.

6.Xaçmaz Cour qalası VIII - XVI əsr. Xaçmaz kəndindən 2 km şimal - qərbdə

7.Qalasisik yaşayış yeri (Qala) Qala dağın zirvəsində. VI - VIII əsrlər. Oğuz rayonunda.

8.Qədim kurqanlar (Nekropol) - Oğuz rayonundan 1.5km şimal - şərqdə  e.ə I miniliyin əvvəli

9.Qumluq məscidi XIX əsr. Qumluq kəndi

10.Muxas qülləsi IX-XIV əsrlər. Muxas kəndi.

11.Muxas məscidi XIX əsrin əvvəli. Muxas kəndi

12.Suraxy qalası XVIII əsr.Tilfil kəndi, şimal - şərq

13.Türbə XV əsr Kərimli kəndi

14.Oğuz qalası V - VI əsr. Oğuz rayonundan 1.5 km şərqdə

15.Alban ibadətkahı (muzey). 1700 - 1750 Oğzu rayonunda

Rayon tarix-diyarşunaslıq muzeyi

Oğuz rayonunda 1700 - 1750-ci illərdə tikildiyi təxmin edilir. Alban ibadətcahı tam bərpa edilərək və 1981-ci ildə Rayon Tarix - Diyarşunaslıq muzeyi yaranmışdır. Muzeydə 3789 ədəd eksporat toplanmış, XVI sərgi təşkil edilmişdir.


Xaçmaz Cour qalası

Xaçmaz kəndinin şimal - qərbində, Ərmərət kəndinin şimalında Qaladağın zirvəsində yerləşir. Bu qala XVI əsr ədəbiyyatından Xaçmaz Cour qalası ilə məlumdur. 1578-1583 cü illərdə Şirvan və Dağıstan torpaqları uğrunda İranla Terkiyə arasında müharibələr zamanı İran sərkərdəsi Əbubəkr Mirzənin qoşunları arsında Xaçmaz qalasının qarşısında vuruşmalar olmuşdur.(A.Bakıxanov)

Rəvayətə görə Qəbəlinin əfsanəvi padşahı Salsal Xaçmaz cour qalsının hakimi olmuşdur. Xəlifə Əli İbn Əbutalıb Salsalla vuruşmuş və qlib gələrək qalanıda dağıtmışdır. Xaçmaz Cour qalasının yerləşdiyi dağ çay səthindən təxminən 2 km yüksəklikdədir. Dağın üstü ilə qalaya tayfon yolu gedir. Cənub və şərq tərəflərdən isə ancaq piyada yolu vardır. Xaçmaz Cour qalası VII əsrdə çaydaşı və kirədən tikilmişdir.İki mərtəbəlidir. Qala 7 bürcdən ibarət olub. Xüsusi su kəməri vasitəsi ilə içməli su ilə təchiz edilmişdir. Qalaya ancaq şimal tərəfdə olan darvaza yerindən daxil olmaq mümkündür. Divar və bürclər hündürlüyü 3 km-dən 6 km-ə qədərdir. Qala darvazası kiçik ölkülüdür. Onun eni 1.5 km, hündürlüyü 3 km-dir. Qalanın ikərisində yerüstü qalıqlara görə 12-yə qədər otaq vardır. Bu otaqlar qala divarları və bürclərə sıx bağlıdır. Belə ki, bürclərin ikərisini ev kimi istifadə edilmişdir.

Xaçmazcovur qalası təxminən VII əsrdə tikilmiş XVI əsrə kimi ardıcıl surətdə fəaliyyətdə olmuşdur. Yazılı məlumatlarda XVI əsrdən sonra qalanın adı kəçilmir.

Oğuz (Vartaşın) qalası

Bu qala keçmiş Vartaşın şəhərindən 1.5 km şərq tərəfində Qalasisik düzündə yerləşir. Qalanın qərb tərəfindən Oğuz çayı axır. Qalanın şərqində təxminən 50 metr dərinliyi olan Qanlı dərə yerləşir. Bu qala yerləşdiyi ərazinin coğrafi qurluşuna görə çox mühüm hərbi mövqeyə malik olmuşdur. Qala dağıdılmış, yerləşdiyi ərazini meşəlik basmışdır. Oğuz qalası dağ və əhənc məmulıatından tikilmişdir. 1965-ci ildə arxeoloji qazıntılar aparılmışdır. Oğuz qalası V - VI əsrlərdə meydana gəlmiş, ilkin orta əsrlərin son dövürlərində, ola bilsin ki, ərəb basqınları zamanı dağıdılmış və sıradan çıxarılmışdır.

İstirahət zonası

Oğuzun turizm potensiyalını nəzərə alaraq oğuzda "AFRA" Hotel inşa edilmişdir.Otel turizm üçün kifayət qədər gözəldir.


Muxas qülləsi

Bu qüllə Muxas kəndinin şimalında Daşağıl keçidi qarşısında yerləşir. Abidənin ətrafında hasar yoxdur. Onun perimetri 24.7 m-dir. Qüllə qalığının hündürlüyü 11.6 m, divarlarının qalınlığı aşağı hissədən 1.5 m yuxarı hissədə 1m-dir. Abidənin bünövrəsi 1m dərinliyindədir. Bir qapı yeri var. Muxas qülləsi üçmərtəbəli olmuşdur. Onun I və II mərtəbələri yaxşı qalmış, üçüncü mərtəbəsinin yuxarı hissəsi uçub dağıdılmışdır. Qüllənin II mərtəbəsində kiçik pəncərə yeri vardır. Belə bir pəncərə III mərtəbədə də olmuşdur. Muxas qülləsinin pəncərələri Bakı, Nardaran və Panana qalasının, Aydınbulaq qüllələrinə oxşayır. Belə pəncərələrdən məktəbləri işıqlandırmaq və müşahidə məqsədləri üçün istifadə edilimşdir. Muxas qülləsi müşahidə məqsədi ilə çay daşı və kikəç məhlulundan tikilmişdir. 1965-ci ildə qüllənin qərb və şərq divarlarını dibində kəşfiyyat qazıntısı aparılmışdır. Muxas qülləsi təxminən IX əsrdə tikilmiş, ondan XIV əsrə kimi istifadə edilmişdir.

Yaşayış məntəqələrinin toponimiyası haqqında məlumat

Oğuz toponimi - Oğuz - Türk boylarının ümumi adıdır. Onların 24 boyu olmuşdur. Qayı, Bayat, Alkakoul, Qaraevli, Yacir, Döyək, Dadurğa, Yaparlı, Avşar, Kızık, Bəydili, Bayandur, Beçənə, Çouldur, Çəbri, Salur, eymur, aloyuntli, üzəgir, Bügdür, Yıva, Kınık. Oğuz toponimi - ox və z (lar2) deməkdir. Tayfa qəbilə deməkdir. Oğuz sağlam möhkəm deməkdir. Oğuz adına ilk dəfə Yunisey kitabələrində rast gəlinir. Dədə qorqud isə, qızılı, ilk verilən kimi təqdim olunur.

Vardanlı toponimi-e.ə IV - VII əsrlərdə. Qafqaz Albaniyası dövləti mövcud olmuşdur. Tarixi kökümüzü dərindən öyrənmədiyimizə görə Vardanlı (Vardar) adına erməni adı kimi baxmışıq. Bu gün ermənilərin geniş istifadə etdikləri Vahan, Vaxtanq, Sumbat, Manas, Manusik, Manuk, Miran, Musiq, Aksak, Satinik, Manas və s. eləcədə Vaxtan türk mənşəli qədim Alban (müasir alban) şəxs adlarıdır. Vardan Albaniyada Mehranilər sülaləsinin əsasını qoyan, VI əsrin sonlarında indiki, Şəmkir - Qazax rayonları ərazisində Girdiman dövlətini yaradan Mehranın nəvəsidir. Türk mənşəli alban - sabir tayfalarından olan Mehranilər Vardanın fəaliyyəti sayəsində VII əsrdə bütün Albaniyanın hakimi olmuşdur. Vardan Girdiman qalasını tikdirmiş, alban kinyazı olmuş (600 - 615) "İgid Vardan” adı ilə tanınmışdır. Alban kinyazı Varar Qriqor (628 - 636) Vardanın nəvəsi, Cavanşir (637 - 680) isə Varaz Qiriqorun oğludur. "Var” kompinenti qədim və ilkin orta əsr tarixində yer, tayfa və şəxs adlarında geniş işlənmişdir. Tədqiqatçı alimlər (Ziya Bünyadov, Mahmud İsmayılov, Mirzəli Seyidov və b.) var tərkibli sözləri türk mənşəli sözlər hesab edirlər. Var - malik olmaq, olan anlamındadır. Bütün bu araşdırmalarımızdan belə nəticəyə gəlmək olarki, "Vardanlı” - Türk - Azərbaycan mənşəli söz olub, Vardan adlı şəxsə, yəni həmişə var olana, ucada ali məqamda durana, igidə məxsus olan yer oba, kənd mənalarını daşıyır.

Vartaşın toponimi - Vardan var olmaq, sın - isə kənd mənasını verir.