Müdrik sözlər
Qadınlar başa düşmək üçün yox, sevilmək üçün yaradılıb..
Sevgi haqqında ətraflı danışan biri, heç də aşiq deyildir..
Ən asan həyat - ölmək, ən çətini isə yaşamaqdır..
İnsan həyatı bir kibrit qutusuna bənzəyir. Onunla ciddi davranmaq gülməli gələr. Ciddi davranmarsan təhlükəli olar..
Doğulmaq – bədbəxtlik, yaşamaq - əzab, ölmək – kədərdir..
Səmimiyyt və dostluq ən çətin tapılan nemətdir [Napaleon]
Düşməninə qalib gəlmək üçün onunla dost olmaq lazımdı..
Kişilər öz sevdikləri qadını əsəbləşdirməyi və yenə də əsəbləşdirməyi sevirlər [Marqaret Tetçer]
Əgər kişi ağıllı fikir söyləmiş olarsa inanmayın! Çünki bu ağıllı fikirlər onlara qadınlar tərəfindən öyrədilmiş olur..
Qadın və kişi insan ruhunun iki notunu təşkil edir ki, onlarsız düzgün və bütöv akkord alınmır [Cuzebbe Madzini]
Ağıllı kişi həmişə qadını başa düşür, aşiq olan kişi isə həmişə qadını başa düşməyə çalışır [Fransuaza Saqan]
Əgər kişi qadının nə fikirləşdiyini anlaya bilsəydi yenə də həmin fikrə inanmazdı [Doroti Parker]
Kişi üçün uğursuz sevgi-əyləncə üçün bir bəhanədir [Karmen Silv]
Hər kəs məni özündən razı bilə bilər. Önəmli deyil heç! Boş-boş yalançı şirinlikdən yaxşıdır özündən razılıq. Çünki xanımlıq da ağac kimidir. Kökü yerdə başı yuxardadır! LoRittoo
Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir [V.İrvinq]
Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz [D.Karnegi]
Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır [Ç.Kolton]
Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur [C.Məmmədquluzadə]
Nəfsinin hakimi olan dünyanın ağası olar [Naməlum]
Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir [Napoleon]
Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən [F.Nitsşe]
Yalan nə qədər böyük olarsa, inanani da bir o qədər çox olar [Adolf Hitler]
Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var [A.L.Stal]
Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir [B.Spinoza]
Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər [O.Uayld]
Başqalarının halına yana bilən insan yaşamağa layiqdir [Van Qoq]
Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir [C.Vatson]
Ən asan şey insanın özünü aldatmağıdır,Çünki bir insan arzu etdiyi şeyin düzgün olduğuna inanır..
Biri üçün darıxdığınızda, kədərlənmək yerinə darıxa biləcək birinə sahib olduğunuz üçün, özünüzü şanslı hiss etməniz lazım olduğunu fərqinə varmalısınız [Paul Auster]
Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək..İnsan ilə it arasındakı tək fərq budur [M.Tveyn]
Bir kişinin yumruğundan sərtdir bəzən bir qadının son sözü.
Çünki, birincisi dişlərini qırar, ikincisi bütün xəyallarını [William Butler]
İnsanlar Tənhadır! Dünyaya tək gəlmiş! Təkdə gedir...
Bu qədər insan gördüm Həyatdan razı olan yox.Ancaq heç biridə bu dünyanı tərk etmək istəyəndə yox...
Hippokratdan soruşdular: "İnsaniyyət nədir?” Dedi: "Rifah zamanı təvazökarlıq, qüdrət zamanı əfv etmək, kasıbçılıq vaxtı səxavətli olmaq və minnətsiz bəxşiş.”
Yunan filosoflarından biri belə deyib: "Altı şey bütün dünyaya bərabərdir. (Yəni, hər kəs bu altı şeyə sahib olsa, sanki bütün dünyaya sahibdir.); dadlı yemək, saleh övlad, yaxşı qadın, mətin və qətiyyətli söz, kamil əql və sağlam bədən.”Pluton deyir: "Güzgüyə bax. Əgər üzün gözəldirsə, öz surətinə uyğun işlər gör. Yox, əgər üzün qeyri-mütənasibdirsə nalayiq işlərlə üzünü daha da eybəcərləşdirmə.”
Hippokrat deyir: "Bir şəxsin axmaqlığı iki şeydən məlum olar. Biri yersiz söz deməkdən və soruşmamış cavab verməkdən.”
Pluton deyir: "Aclıq buluddur, elm və helm isə yağış. Toxluq da buluddur, cəhl və axmaqlıq yağış. Nadan öz-özünün düşmənidir. Necə başqalarına dost olsun?! Himmət və səyi qarnı olan şəxsin mükafatı qarnının boşaltdığıdır.”
Bozorcmehr deyib: "Simic öz dövlətinin qoruqçusu, öz varisinin isə anbardarıdır.”
Hippokrat deyib: "Nacins insanlarla yoldaşlıq etmək ruhun qızdırmasıdır. Qadınlar kişiləri (istər böyük şəxsiyyət olsun istərsə də alçaq) tez ələ alırlar. Sağlamlıqdan gözəl dost, xəstəlikdən pis düşmən yoxdur. Sağlamlığın şirinliyini xəstəliyin acılığı ilə dərk edərlər. Özünün az bəxşişindən utanma. Çünki, məhrumiyyət (yoxsulluq) ondan da aşağıdır. İşlərin nəticəsini göstərən ayna insanların əli ilə təcrübə olunmuşdur.”
Sokrat deyib: "Qəzəbin dərmanı susmaqdır.”
Hippokrat deyib: "Səxavətli o kəsdir ki, öz malını havayı verir və başqalarının malında da gözü yoxdur.”
Cəlyanus deyib: "Öz ehtiyacından imtina etmək, onu ləyaqətsiz insandan itəməkdən yaxşıdır.”
Bir həkim (hikmət sahibi) deyib: "Uşaqlara dünya işləri ilə məşğul olmazdan qabaq təhsil verin.”
Həzrət İsa (ə) buyurub: "Elm və hikməti təkcə onun əhlinə öyrədin, yoxsa elmə zülm etmiş olarsınız. Eyni zamanda onu əhlindən də gizlətməyin, yoxsa, elm əhlinə zülm etmiş olarsınız”.
Əflatun deyib: "Sənə qarşı etinasızlıq göstərən kəslə görüşə getmə, sözünü təkzib edən şəxslə söhbət etmə və sözünə qulaq asmayan kəsə söz demə.”
Dörd şey hədər yerə gedər: Şoranlığa əkilmiş toxum, gündüz yandırılan çıraq, tox olan vaxt yeyilən yemək və başa düşməyən kəslərə yaxşılıq.
Loğman öz oğluna deyib: Oğul! Bil ki, mən dörd yüz peyğəmbərlə görüşdüm, onların dediklərindən dörd cümləni seçdim: 1. Namaz halında qəlbini qoru, (yəni, hüzuri-qəlblə namaz qıl.) 2. Süfrə başında boğazına nəzarət et (yəni, nə yediyinə və nə qədər yediyinə diqqət et.) 3. Camaatın evində gözünə hakim ol. 4. Camaat arasında dilini qoru.
Beş şey əməl tərəzisini qat-qat ağırlaşdırar: "Subhənallah”, "Əlhəmdu lillah”, "La ilahə illəllah”, "Allahu Əkbər” və Allah xatirinə saleh övladın ölümünə səbr etmək.