Allahdan istəyim...

Diz cokub qarsinda dua edirem.
Ucalardan uca bilirem seni.
Saxla oz yaninda ruhumu,Allah,
Bir de bu dunyaya getirme meni.

Sirli royalarim dagilacaqsa,
Arzum gozlerimde bogulacaqsa,
Ezabim menimle dogulacaqsa,
Bir de bu dunyaya getirme meni

Namerdi merdinden cox olacaqsa,
Alim ac,gedalar tox olacaqsa.
Yaranmislar bir gun yox olacaqsa
Bir de bu dunyaya getirme meni

Bu yalan dunyanin ters aynasi var,
Sevince benzeyen cox belasi var 
Tekrar gormeyimin ne menasi var?
Bir de bu dunyaya getirme meni

Gordum bu dunyani,quru qefesdir,
Sen bize verdiyin ibretli dersdir.
Bir defe pesiman olmusam,Besdir!
Bir de bu dunyaya getirme meni

Yaş o yaş deyil ki…

Sən mənim ən əziz sirrim istəyim
Sən mənim ən acı həqiqətimsən
İtmiş gəncliyimdən soraq gətirən
Sən mənim ikinci məhəbbətimsən
Yaş o yaş deyil ki,yolunu kəsim
Təzədən başlayım barışım ,küsüm
On yeddi yaşında cavanlar kimi
Yaş o yaş deyil ki səni izləyim
Durub saatlarla səni gözləyim
Görənlər bilirələr nə deyer mənə.
Səni hər görəndə çaşıram düzü
Hamı mənə baxıb gülür elə bil
Dilimi dişləyib demirəm sözü
Yaş o yaş deyil ki,...hayıf ki deyil.
                           
Mənsiz qalacaqdır bu dünya bir gün

Mənsiz qalacaqdır bu dünya bir gün ,
Kiminsə gözünə yaş gələcəkdir .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bir daş qəmli-qəmli dikiləcəkdir .....

Dodaqdan gülüş tək silinər adım ,
Ömür - sonu gələn keçilən yoldur .
Dünya gəlişimdən xəbər tutmadı ,
Bəlkə gedişim də xəbərsiz oldu .

Köçüb gedəcəyəm günün birində ,
Hicran göyərəcək yerimdə mənim .
Kimlərinsə gizli cib dəftərində
Öləcək telefon nömrəm də mənim .

Qara çərçivədən baxacaq şəklim ,
Soyuq gözlərimdə daldalanar qəm .
Sinəmdə duyğu tək yatar əllərim
Oyadıb son şeri yaza bilmərəm .

Qara daş doğular ,
Soyuq , mən adda ;
Bir qadın hıçqırıb saçını yolar .
Ayrılıb gedərəm , tabutum altda
Dörd çiyin görüşər ,
Dörd ürək vurar .....

Mənim çarpayımda süküt uyuyar ,
Artar bir sakini qəbirstanın da .
Bir çiçək köksünü sinəmə qoyar ,
Rəngi ləçəklərə keçər qanın da .

Gəlib bu çiçəyi dərənim olmaz ,
Bahar göyərdəcək , qış solduracaq .
Kiçik bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq .

Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bəlkə yüz il sonra , bəlkə də sabah .
Bəlkə bir Qu kimi çırpınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq ......