Головна » 2013 » Dekabr » 1 » Nazir 14 rəhbəri iclasdan qovdu
05:45
Nazir 14 rəhbəri iclasdan qovdu
Əmək və əhalinin sosisal müdafiəsi naziri Səlim Müslümov: "Prezident tapşırdı ki, ilk növbədə oranı təmizlə, çünki TSEK çirkaba bulaşıb" Əmək və əhalinin sosisal müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə təyin edildikdən sonra ilk struktur iclasını keçirib. Məlumata görə, tədbirdə əlilliyin təmin olunması və dərəcələrinin verilməsi ilə məşğul olan tibbi sosial ekspert kommisyalarının rəhbərləri iştirak edib. Nazir yol verdiyi nöqsanlara görə elə iclas zalındaca 14 zona komissiyasının rəhbərini tutduğu vəzifədən azad edib. Nazirin tapşırığına əsasən Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala tibbi sosial ekspert kommisyalarının rəhbərləri işdən azad olunub. Səlim Müslümov TSEK rəhbərlərindən iclası tərk etmələrini tələb edib. Digər iki - Lənkəran və Füzuli rayon TSEK rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib. Nazir ilk növbədə tibbi sosial ekspert komissiyasının işinə diqqət yetməsinin təsadüfi olmadığını deyib: "Bu barədə mənə cənab prezident tapşırdı ki, ilk növbədə oranı təmizlə. Çünki TSEK çirkaba bulaşıb". Qeyd edək ki, nazir iclasda nazir müavininə tapşırıq verib ki, ilin sonuna kimi arayış sistemi ləğv olunsun və bu sistem tamam elektronlaşdırılsın. Səlim Müslümov həmçinin əlilərin, ev növbəsinə, maşın növbəsinə duranların siyahısının çıxarılması tapşırığını da verib.
Переглядів: 661 | Додав: Azeri | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]