Головна » 2011 » Mart » 6 » Elçin həmidov vəfat edib
15:43
Elçin həmidov vəfat edib
Aktyorun vəfatı etdiyi bu gün axşam saatlarında məlum olub.
Qonşularının və tanışlarının bildirdiyinə görə, aktyoru sonuncu dəfə martın 4-də axşam saatlarında görüblər. Bu gün isə ondan xəbər çıxmayıb. E.Həmidov bu gün tamaşada iştirak etməli olsa da, işə getməyib. Bundan sonra onun evinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. FHN əməkdaşları pəncərədən mənzilə daxil olaraq, E.Həmidovun cəsədini tapıblar. İlkin versiyaya görə, o, ürək xəstəliyindən vəfat edib. Həmidov Elçin Qəzənfər oğlu - 1958-ci ildə anadan olub. O, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olub. O, "Olmadı elə, oldu belə”də Gülüstan, "Boşanaq, evlənərik”də İkram, "Qarğa məndə qoz var”da Zərzibonskaya, "Qızıl gül”də Azay, "Beş manatlıq gəlin”də Nadir, "Özümüz bilərik”də Miriş, "Subaylarınızdan görəsiniz”də Mayıl, "Hərənin öz ulduzu”nda Nəzir, "Nəğməli Könül”də Mustafa, "Səhnədə məhəbbət”də ofisiant, "O olmasın, bu olsun”da Rza bəy, "Talelər qovuşanda”da Potuş və başqa surətləri məharətlə oynadığına görə tamaşaçıların rəğbətini qazanıb. Tamaşaçılar onu daha çox "Bakılı oğlanlar”ın ("Planeta parni iz Baku”) tamaşalarında Məzi rolunun ifaçısı kimi tanıyıblar.

Allah rəhmət eləsin!

Переглядів: 550 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]