Головна » 2011 » Oktyabr » 12 » Bred Pittin silahlarını əlindən aldılar
13:28
Bred Pittin silahlarını əlindən aldılar

Terrorla mübarizə mərkəzi silahların ictimai asayiş üçün təhlükəli olduğunu deyib

Yeni filminin çəkilişi üçün Macarıstanda olan Hollivudun tanınmış aktyoru Bred Pitt gözlənilməz hücuma məruz qalıb. Belə ki, terrorla mübarizə şöbəsinin xüsusi təyinatlı qrupu çəkiliş meydanına hücum edərək filmdə istifadə ediləcək silahları müsadirə edib. Terrorla mübarizə mərkəzindən verilən açıqlamada, əslində zərərsizləşdirilmiş olan silahların istifadəyə yararlı hala gətirilməsinin mümkün olduğu, bunun isə ictimai asayiş üçün təhlükəli olduğu bildirilib. 

Film istehsalat şirkəti xüsusi təyyarə ilə gətirilən silahların geri alınması üçün cəhd etdiklərini, silahların müsadirə edilməsinin isə çəkilişləri ləngitməyəcəyini bildirib. 

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə çəkilən və 135 milyon dollar büdcəsi olan "World War Z” adlı filmdə dünyanı ələ keçirmək istəyən zombilərlə mübarizədən bəhs edilir. Bred Pitt isə filmdə dünyanı xilas etməli olan BMT əməkdaşı obrazını canlandırır. Əvvəli Şotlandiyada çəkilmiş filmin Budapeştdə sadəcə final səhnələri çəkiləcək. 

Yüksək məbləğli büdcə ilə Budapeştdə çəkilən və Macarıstana şöhrət qazandıracaq filmin çəkiliş meydanına xüsusi təyinatlıların hücumu ölkə mətbuatında böyük müzakirə mövzusu olub. Mətbuat, "İki gün əvvəl təyyarə ilə ölkəyə gətirildiyi zaman gömrükdə yoxlanılmayan silahlar sonradan niyə müsadirə edildi?” sualına cavab axtarır.



Переглядів: 445 | Додав: KNPS | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]