Головна » 2013 » Dekabr » 1 » Bakıda iritonnajlı yük maşını 10-dan çox avtomobili əzib, yaralılar var
05:52
Bakıda iritonnajlı yük maşını 10-dan çox avtomobili əzib, yaralılar var
Bakı. Mahir Məmmədli-APA. Bakının Ziya Bünyadov prospektində ağır qəza törədən yük maşınının sürücüsünün şəxsiyyəti müəyyənləşib. Mənbə: APA.az Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Eldar Abdullayevin APA-ya verdiyi məlumata görə, qəza törədən yük maşınını 1960-cı il təvəllüdlü Əliməmmədov Eldar Həsən oğlu idarə edib. O, izahatında bildirib ki, avtomobilin əyləc sistemi işləmədiyindən qəza törədib. Müstəntiq sürücünün sərxoş olduğunu təsdiqləyib. Müstəntiq bildirib ki, qəza nəticəsində xəstəxanaya üç nəfər yerləşdirilib. Bunlar Cəfərova Nigar Xasay qızı, 1989-cu il təvəllüdlü Zeynalov İlkin Pərviz oğlu və 1966-cı il təvəllüdlü Novruzova Kəmalə Kamal qızıdır. Digər zərərçəkənlərə hadisə yerində ilkin tibbi yardım göstərilib. **** 23.32 Bakı. Mahir Məmmədli-APA. Yük maşınının sürücüsü saxlanılıb. APA-nın müxbirinin məlumatına görə, qəza törədən sürücü sərxoş olub. Əzilmiş avtomobillərin sahibləri ona hücum ediblər. Polis əməkdaşları sürücünün təhlükəsizliyini təmin ediblər. Sürücü hazırda Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinə aparılır. **** 23.18 Bakı. Mahir Məmmədli-APA. Ziya Bünyadov prospektində "Mersedes" markalı iritonnajlı yük maşını 10-a yaxın minik avtomobilini əzərək, bir neçəsini yol kənarında qazılmış xəndəyə salıb. Hadisə yerində olan APA-nın müxbirinin verdiyi xəbərə görə, yük maşını daha sonra özü də aşıb. Hadisə şahidləri qəza nəticəsində çoxlu sayda yaralıların olduğunu bildiriblər. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerində xilasetmə və təhlükəsizlik işləri görürlər. Yaralılar xəstəxanaya aparılıb. Hazırda Ziya Bünyadov prospektində qəza ilə bağlı nəqliyyatın hərəkəti dayanıb.
Переглядів: 222 | Додав: Patriot | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]