Головна » 2013 » May » 2 » Bəxtiyar Vahabzadə - Allah
12:46
Bəxtiyar Vahabzadə - Allah

Bəxtiyar Vahabzadənin "Fəryad" pyesindən bir şeir

Bəxtiyar Vahabzadə - Allah

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah,
Dünyaya şəfəqlər kimi, Tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah.

Allah bilirik cismi deyil. Bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdədir Allah,
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et, bu təəcübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik gizlidir insandakı qüdrət,
Hər-kəs onu fəhm etməsə, acizdir o əlbət,
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah. 

Gerçək də budur, gizlidir hər zərrədə vəhdəd,
Bir zərrə içən, küllə qovuşmaq ulu niyyən,
Gördüklərimiz zahiridir, bətnə nüfuz et,
Batildəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət əd yatır sözdə - sözün öz yükü fikrin,
Seçmiş, seçəcək daima tükdən tükü fikrim,
Mən bir ağacam - yarpağı sözlər, kökü - fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan, təpədən dırnağa sən arzu-diləksən,
Nəfsində doyumsuz, fəqət eşqində mələksən,
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz,
Zülmətdə, cəhalətdə, ədalətdə görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.
Переглядів: 324 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]