Головна » 2013 » Dekabr » 1 » 6 qol, 2 qırmızı kart
05:37
6 qol, 2 qırmızı kart
Türkiyə super liqasının 13-cü həftəsində “Fənərbaxça” əzəli rəqibi “Beşikdaş”la 3-3 heç-heçə etdi. Məlumata görə, derbi 6 qol və 2 qırmızı kartla yadda qaldı. Kadıköy Şükrü Saracoğlu stadionunda oynanılan derbidə “Fənərbaxça”dan qolları 12-ci dəqiqədə Emanuel Emenike, 37-ci dəqiqədə Moussa Sov və 83-cü dəqiqədə Dirk Kuyt vurublar. “Beşikdaş” klubundan isə 9-cu dəqiqədə Olcay Şahan, 43 və 45-ci dəqiqələrdə Huqo Almeda rəqib qapısına yol tapa biliblər. Bu oyundan sonra “Fənərbaxça” 32,3 “Beşikdaş” isə 25 xal qazanıb. “Fənərbaxça”nın 14-cü turda rəqibi “Çaykur Rizespor”, “Beşikdaş”ın rəqibi isə “Sivaspor” olacaq. “Fənərbaxça”da Raul Meireles 30-cu dəqiqədə, Necib Uysal isə 68-ci dəqiqədə qırmızı kart alaraq komandalarını 10 nəfərlə buraxıblar.
Переглядів: 671 | Додав: deniz | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]